Mumbayda terror aktını həyata keçirən terrorçulardan biri həbs olunub.
İstiqlal.az xarici mətbuata istinadən xəbər verir ki, 2008-ci ilin 26-29 noyabr tarixlərində Hindistanın Mumbay şəhərində 600-ə dək insanın yaralanmasına, 166 insanın öldürülməsinə səbəb olan terrorçu Hafiz Məhəmməd Səid Pakistanda ələ keçirilib. Bundan əvvəl, yerli polis onu saxlasa da, məhkəməyə cəlb edilməyib. 11 ildən sonra həbs olunan Hafiz Məhəmməd Səidin “Laşkar-i-Tayba” təşkilatının lideridir.
Xatırladaq ki, pakistanlı terrorçular Mumbaya hücum təşkil edən zaman məşhur Tac Mahal Palace və Oberoi otelləri onların hücumuna məruz qalıb, yüzlərlə insan ölüb, bir o qədər də yaralanıb. Terrorçular Mumbaya 10 müxtəlif mövqedən daxil olub. Otellərə hücum zamanı onlar dəniz yolundan istifadə edib. Bu müddətdə “Laşkar-i-Tayba” kütlənin sıx olduğu vağzal, küçə və digər ərazilərdə yanğın və partlayışlarla 12 hücumu təşkil edib. Hadisə nəticəsində 300-dən çox insan xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 terrorçunu zərərsizləşdiriblər.