Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi

17/07/2019 [16:49] - Cəmiyyət (160)



Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri İsmayıl Abdullayev və Rəşad Rzayev barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynəb Axundovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

İ.Abdullayev və R.Rzayev Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Cinayət işində zərrəçəkmiş qismində Dövlət Gömrük Komitəsi, həmçinin vətəndaşlar Şəmistanl Arif Hacı oğlu və Cəfərov Sübhan Rəhman oğlu tanınıblar.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayev və postun rəis müavini Rəşad Rzayev bu ilin yanvar ayında həbs ediliblər.

Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda görə, müxtəlif şəxslərin adlarına “Camex” daşıma şirkəti vasitəsilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilən qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılan ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycanın gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş İdarədə aparılan istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni “Camex” və “Mover” Məhdud Məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Xəbər lenti
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
10/12/2019 [19:52]:
Rusiya hərbçiləri ilk dəfə Raqqa şəhərinə girib
10/12/2019 [18:25]:
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək
10/12/2019 [17:55]:
İordaniya Kralının Azərbaycana rəsmi səfəri başa çatıb
10/12/2019 [17:32]:
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
10/12/2019 [16:48]:
Qızıl və dollar kəskin şəkildə bahalaşdı
10/12/2019 [16:00]:
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
10/12/2019 [15:55]:
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
10/12/2019 [15:44]:
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
10/12/2019 [15:18]:
Husilər ABŞ təyyarədaşıyanını batırmaqla hədələyirlər
10/12/2019 [15:15]:
Elmar Məmmədyarov Latviyaya gedəcək
10/12/2019 [15:10]:
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10/12/2019 [14:50]:
İmadəddin Nəsimiyə həsr olunan ədəbi-bədii tədbir
10/12/2019 [14:49]:
İordaniyanın Kralının Bakıda rəsmi qarşılanma mərasimi olub
10/12/2019 [14:35]:
AMEA doktorantura və dissertanturaya qəbul elan edib
10/12/2019 [13:44]:
Uels millisinin nümayəndələri Bakı Olimpiya Stadionunda olublar
10/12/2019 [13:16]:
Tsereteli: "Biz növbədənkənar parlament seçkilərinin elan edilməsi prosesini izləyirik"
10/12/2019 [12:50]:
Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı adlandırıb
10/12/2019 [12:22]:
Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə sayt yaradılıb
10/12/2019 [11:47]:
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Minskdə təlim-məşq toplanışına başlayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin