Vətəndaş mədəniyyətinin təbliği - layihə

17/07/2019 [15:08] - Vətəndaş mədəniyyəti (5599)



“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi  tərəfindən  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Vətəndaş mədəniyyətinin təbliği”  layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin vətəndaş  mədəniyyətinin formalaşmasında rolu”  mövzusunda dəyirmi masa keçirilib.  Tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev,  QHT nümayəndələri, KİV rəhbərləri iştirak ediblər. 

Ə.Nuriyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür. Hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Onun sözlərinə görə,  hazırda bu məsələ Azərbaycan cəmiyyəti üçün də aktualdır və sözügedən layihə bu istiqamətdə töhfə verəcək.

“Güzəran” Sosial Araşdırmalar İB sədri Qadir İbrahimli bildirib ki, dəyirmi masada məhz  vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin bərqərar olmasında nə etdiyi, nə etməli olduğu, hansı çağırışlarla üzləşdiyi barədə müzakirələr aparılcaq. Məqsəd yeni ideya və yanaşmaların axtarılması, QHT-lər üçün tövisyyələrin hazırlanmasıdır: “Hazırda qlobal qeyri-sabitlik dövründə vətəndaş  mədəniyyəti qeyri-sabitlikdən, cəmiyyətdə harmoniyanın pozulmasından əsas sığortalayıcı dəyərlər sistemi kimi qəbul olunur. Mürəkkəb geosiyasi regionda yerləşən və vaxtaşırı xarici təsirlələr üzləşən Azərbaycan üçün də vətəndaş mədəniyyəti dəyələrinin güclü şəkildə bərqərar olması aktualdır. Vətəndaş cəmiyyəti dəyərlərin geniş təşəkkül tapması ən yaxşı qoruyucu mexanizm kimi qiymətləndirilməlidir. Bu baxımdan bu mövzuda müzakirələr axtarışlar çox aktualdır və hər birinizin fikiri çox dəyərlidir”. 

Qadir İbarhimli əlavə edib ki, bu fikirlər sonra İstiqlal.az saytında yaradılan “Vətəndaş mədəniyyəti” bölməsində öz əksini tapacaq.

Layihə eksperti Zaur İbrahimli "Vətəndaş cəmiyyətinin vətəndaş mədəniyyətinin formalaşmasında rolu və vəzifələri " mövzusunda məruzə ilə çıxış edib.

QHT və KİV rəhbələri öz təkliflərini veriblər.  “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Vətəndaş mədəniyyəti” adlı vəsaitin nəşr edilməsini təklif edib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri  Əhməd Abbasbəyli gənclər üçün bu mövzuda maariflənmə aparılmasını, Qadınar Arasında Həmrəylik İB sədri Ruhangiz Hüseynova  zorakılıq,  ayrıseçkilik ideologiyasına qarşı vətəndaş mədəniyyəti dəyərlərinin təşviqini təklif ediblər. 
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:54]:
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin