Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı

16/07/2019 [16:51] - Cəmiyyət (170)



Lənkəranda sakini, şəhərin tanınmış ziyalılarından olan İltifat Rəhimzadə İran İslam Respublikasının səfiri cənab Cavad Cahangirzadəyə açıq məktub yazıb. İstiqlal.az məktubun tam mətnini təqdim edir.

Hörmətli cənab səfir, ölkələrimiz arasında çoxəsrlik qonşuluq və dostluq münasibətləri hər şeydən əvvəl xalqlarımızın bir-birinə münasibətlərindən qaynaqlanır.

Hər bir dövlətin dost və qonşu hesab etdiyi digər dövlətin vətəndaşına sayğılı münasibəti qeyd olunan məsələdə önəmli sayılmalı bir amildir. Zira sıravi bir vətəndaşın belə təhqir olunması, aldadılması, şərəf və ləyaqətinin aşağılanması dövlətlərin bir-birinə münasibətlərinə mənfi təsiri kimi hallar tarixdə az olmamışdır.

Cənab səfir, bildiyiniz kimi ölkələrimiz arasında sadələşdirilmiş viza rejiminin tətbiqindən sonra Azərbaycan vətəndaşlarının ölkənizə səfər imkanları genişlənmişdir. Demək olar ki, hər gün minlərlə azərbaycanlı müxtəlif məqsədlərlə - tibb xidmət, alver, turist gəzintisi ilə İran İslam Respublikası ilə sərhəd keçid məntəqəsində ölkənizin sərhəd və gömrük orqanları ilə qarşılaşır. Aşağıda qeyd edəcəyim xoşagəlməzliklər də məhz burdan başlanır.

Şəxsən mən 2013-2014-cü illərdə xəstələndiyim üçün bir il ərzində hər ay Ərdəbil şəhərində müalicəyə getməli olmuşam. Həmin dövrdə ölkənizin gömrük məntəqəsindəki mənfi hallarla qarşılaşmışdım. Eyni halla 14.06.2019-ci tarixində də qarşılaşmalı oldum. Həyat yoldaşımla Azərbaycan Respulikası sərhəd - gömrük məntəqəsini rahat keçdikdən sonra ölkənizin sərhəd-gömrük məntəqəsinə daxil oldum. Eyni sayda insanlar Azərbaycan sərhədini keçsələr də İİR-nın Astara sərhəd-gömrüyündə bir-necə yüz insanın- qadın, kişi, uşaq, qoca, xəstələrin saatlarla gözləməyə məcbur olunduqlarını gördük. Məntəqədə 5 "pasport kontrol" pəncərəsi olduğu halda onun ikisi işləyirdi. Azərbaycan sərhəd buraxılış məntəqəsindən fərqli olaraq burada müvafiq xidmət işçiləri insanların növbəsinin təşkili ilə bağlı məntəqə heç bir tədbir görmürdülər. Onlar ancaq insan kütləsini, insanların qan-tər içində vurnuxmalarını, ürəyi gedən xəstə və qocaları laqeyd baxışları ilə müşahidə etməklə kifayətlənir və arada simalarına istehzalı bir ifadə də verirdilər. Əlbəttə ki, isti və darısqal bir məkanda yüzlərlə insanların səbri çatmadığından əsəbləri dözmür və acıqlarını necə deyərlər bir-birinin üstünə tökürdülər. Niyə süni basabas yaradılır? Bu suala insanların hamısı eyni cavabı verirlər: "Qəsdən belə edirlər. Əziyyətimizə baxıb həzz alırlar. Biz onlara xeyir veririk. Onlar isə... Etiraz etsək geri qaytaracaqlar...". Axı niyə? İnsanların bu fikirləri ilə razılaşmaq istəməsəm də işləyən iki pəncərədə oturmuş buraxılış məntəqəsi məmurunun "öz kefi" ilə, asta-asta işləməsi və tez-tez telefonla danışmaları az qala məni də bu fikrə inandırmışdı. Az qala...!

İİR-dan geri qayıdan vətəndaşlarımız da eyni mənzərə ilə qarşılaşır. Gömrük işçisinin söyüşlərinin,( başqa bir ölkənin vətəndaşını) qadınları itələməklərinin, mallarının yerə atılmasının şahidi olanların sayı nə bir, nə də ki, iki deyil.

Cənab səfir, xəstə həyat yoldaşımla min bir əziyyətlə sərhəd-gömrük məntəqənizi keçib qardaş ölkəyə qədəm qoyan kimi pul dəyişən dəllarlar üstümüzə "hücuma keçdilər". Bankda dəyişəcəyəm, dedim. Ağa, nə olar, Allah xatirinə bizə bir çörək pulu qazandır. Dəllalın bu sözü məni tutdu. Yüz manatı xırdalamaq qərarını verdim. 100 manata 700000 min İran pulu verdi. Ərdəbilə gedən taksiyə oturduqda səfər yoldaşlarımdan biri: "müəllim, pulu saydız?" Dedim gözümün qabağında sayıb mənə verdilər. Niyə sayım ki? Təkiddən sonra saydım. 700000 minin əvəzinə mənə 290 min pul verildiyini görüb taksi sürücüsündən tez geri dönməyini istədim. Amma həmin adam artıq yoxa çıxmışdı. Bayaqdan Allahdan, qardaşlıqdan, dindən-məzhəbdən danışan dəllalların hansından həmin adamı soruşsam da... oğru həmrəyliyi "qanunu" işini gördü. 

Cənab səfir, hamıya məlumdur ki, keçid məntəqələrinin qarşısında, vağzallarda xariciləri qarşılayanların hamısının məqsədi qonaqpərvərlik və mədəni xidmət göstərmək deyil. Buraların öz mikro- kriminal kontinqenti var. İran Astarası da bu sahədə istisna deyil. Belə yerlərdə polis nəzarəti hər yerdə və hər zaman olur. Baxın, burda Astara istisnalıq təşkil edir. Nə qədər axtarsam bir polis tapa bilmədim. Xeyli aralıda küçədə bir polis görüb yaxınlaşsam da, polisin özümü tutub saxlamadığına sevinməli oldum. Vəssalam!

Həyat yoldaşım "başımıza sədəqə" dedi. Səfər yoldaşlarım " haramı olsun" dedi. 
Mən də haramı olsun dedim.

Niyə mənim ölkəmin vətəndaşına xarici bir ölkənin sərhəd-gömrük məntəqəsində (yuxarıda qeyd etdim.) bunca həqarət və aşağılayıcı bir münasibət bəslənilməlidir? Niyə qədəmimi basdığım ölkə məni oğrudan, nacinsdən qorumalı deyil?

Cənab səfir, axı biz dostuq, qardaşıq, dinlərimiz bir, məzhəbimiz birdir. Vətəndaşına sayğısız yanaşıb, vətəndaşlığını daşıdığı dövləti dost, qardaş hesab etmək haqda rəsmi bəyanatlar nə qədər siyasət hesab edilsə də real həyatda da əksini tapmalıdır məncə.

Dərin hörmət və ehtiramla, 
İltifat Rəhimzadə,
16 iyul 2019-cu il, 
Lənkəran şəhəri.

Vilayət Eyvazovdan yeni təyinat
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
Xəbər lenti
22/08/2019 [00:04]:
ABŞ-ın MQ-9 tipli pilotsuz uçan aparatı vurulub
21/08/2019 [23:17]:
Vergi Məcəlləsinə dəyişiklik edildi
21/08/2019 [22:28]:
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
21/08/2019 [21:32]:
Vilayət Eyvazovdan yeni təyinat
21/08/2019 [20:46]:
Gömrük Komitəsi yoxlamaları sadələşdirir
21/08/2019 [20:08]:
Ali məktəblərə qəbul planı 91,03 faiz dolub
21/08/2019 [19:31]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
21/08/2019 [18:59]:
Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – ermənilərdən etiraf
21/08/2019 [18:07]:
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
21/08/2019 [17:43]:
Bu il Bakıya 542 lift gətiriləcək
21/08/2019 [16:51]:
Tramp Danimarka səfərini təxirə saldı
21/08/2019 [15:07]:
XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
21/08/2019 [14:23]:
AFFA “Qarabağ”ı cəzalandırıb
21/08/2019 [13:37]:
Ermənilər Azərbaycan sərhədçilərinin Babakər dağında möhkəmləndiyini təsdiqləyir
21/08/2019 [12:58]:
Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi
21/08/2019 [12:49]:
Rusiya ilə sərhəddə nə baş verib? - təfsilat
21/08/2019 [11:24]:
Azərbaycanda kərə yağının istehlakı sürətlə aşağı düşür
21/08/2019 [10:13]:
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20/08/2019 [23:19]:
Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
20/08/2019 [22:24]:
"Real"dan Neymara son təklif
20/08/2019 [21:41]:
Bakıda Avrasiya Xalqları Günləri keçiriləcək
20/08/2019 [20:35]:
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
20/08/2019 [19:24]:
Bakı-Naxçıvan-Bakı sərnişin avtobusları İranda gömrük nəzarətindən keçməyəcək
20/08/2019 [18:38]:
Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib
20/08/2019 [17:55]:
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”?
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
Atambayevin həbs qoyulan əmlakları - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin