Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi müzakirə edilib

15/07/2019 [18:12] - Vətəndaş mədəniyyəti (2082)



12 iyul 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

 İclasda  AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Kamal Cəfərov, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər. 

İclasda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması prosesi çərçivəsində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi  ilə əlaqədar məsələlər müzakirə edilib. 

Dövlət orqanlarından daxil olan təkliflər ətrafında fikir mübadiləsi aparılıb,  QHT təmsilçiləri öz qeydlərini ifadə ediblər. 

Vətəndaş cəmiyyəti təmsilçiləri müzakirə olunan məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər. “Hüquq və İnkişaf”  İctimai Birliyinin sədri Hafiz Həsənov şəffaflıq və hesabatlığının təmin olunmamasıyla bağlı məsuliyyət müəyyən edilməsini, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, Açıq Hökumət Platformasının koordintoru Əliməmməd Nuriyev, OGP eksperti Samir Əliyev elektron xidmətlərin təkmilləşdirilməsi, dövlət orqanlarının məlumat bazaları arasında inteqrasiyanın, elektron identifikasiya vasitələrinin əlçatanlığının  təmin edilməsi, elektron vətəndaş iştirakçılığı alətlərinin tətbiqinin genişləndirilməsi barədə təkliflərlə çıxış ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyinin əməkdaşları təkliflərlə bağlı rəylərini bildiriblər. 

AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Kamal Cəfərovun təşəbbüsü ilə bir daha  Milli Fəaliyyət Planı layihəsinin hazırlanmasıyla bağlı bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi, təkliflərin toplanması, ictimai məlumatlandırma, vətəndaşların cəlb edilməsi məsələləri müzakirə edilib, vətəndaş cəmiyyəti təmsilçilərinin təklifləri dinlənilib. Bu istiqamətdə konkret addımlar atılmasıyla bağlı qərar verilib. 

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun növbəti toplantısı 19 iyul 2019-cu il tarixdə saat 15.00-da Dövlət Miqrasiya Xidmətində keçiriləcək. Növbəti toplantıda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yaradılması, təhsil sektoru ilə əlaqədar təkliflər müzakirə ediləcək.

Maraq göstərən QHT-lər, müstəqil ekspertlər, vətəndaşlar  office@ogp.org.az e-mail ünvanına yazmaqla  18 iyul 2019-cu il saat  13.00-dək iştiraklarını təsdiq edərək müzakirələrdə iştirak edə bilərlər.

Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
Xəbər lenti
21/01/2020 [23:42]:
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
21/01/2020 [23:26]:
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
21/01/2020 [22:43]:
Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb
21/01/2020 [21:23]:
Ötən ilin 11 ayında Azərbaycanda 129183 körpə doğulub
21/01/2020 [20:52]:
İran nüvə silahına dair müqavilədən çəkilə bilər
21/01/2020 [19:51]:
Xırdalanda 2.7 km uzunluğa malik 2 küçənin təmiri yekunlaşıb
21/01/2020 [18:33]:
Millimizin oyunlarına hakim təyinatları açıqlanıb
21/01/2020 [17:44]:
"Xəzər dənizinin səviyyəsi əvvəlki illə müqayisədə aşağı olacaq"
21/01/2020 [17:34]:
Abay və Qazaxıstan XXI əsrdə
21/01/2020 [17:05]:
Səfirlikdən Cammu və Kəşmirdəki vəziyyətlə əlaqədar açıqlama
21/01/2020 [16:56]:
Çingiz Qənizadə görüşlərini davam etdirir
21/01/2020 [16:47]:
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
21/01/2020 [15:34]:
“Neftçi” yoldaşlıq görüşündə “Dinamo”ya uduzub
21/01/2020 [14:40]:
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
21/01/2020 [14:21]:
İspaniya ötən il turistlərin sayına görə yeni rekorda imza atıb
21/01/2020 [13:53]:
BVF bu il üçün qlobal iqtisadi artım proqnozunu endirib
21/01/2020 [13:28]:
Prezident “Carlsberg Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb
21/01/2020 [13:16]:
Terror aktı nəticəsində 9 nəfər həlak olub
21/01/2020 [12:45]:
“Antalyaspor” Lukas Podolskini heyətinə qatıb
21/01/2020 [12:22]:
Körpünün çökməsi nəticəsində 9 nəfər ölüb
21/01/2020 [11:43]:
Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb
21/01/2020 [11:19]:
Azərbaycan Premyer Liqası dünyada 56-cı yerə yüksəlib
21/01/2020 [10:40]:
İranın Xarici İşlər naziri Davos İqtisadi Forumunda iştirakdan imtina edib
21/01/2020 [10:30]:
Çingiz Qənizadə seçicilərə videomüraciət etdi
21/01/2020 [10:05]:
Natiq Nəbili seçki marafonuna şəhid analarını ziyarətlə başladı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin