İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - təhlil

15/07/2019 [10:42] - İqtisadiyyat (145)



Xəbər verildiyi kimi, Milli Məclisinin 12 iyul 2019-cu il tarixində keçirilən iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Müvafiq qanun layihəsini Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisinə təqdim edib.

Dəyişiklik nəticəsində ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 200,0 milyon manat və işsizlikdən sığorta fondunun xərcləri 15,0 milyon manat artırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılaraq xüsusi müdafiə təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulut.

Yeni dəyişikliyə görə, büdcədə sosial xərclərin çəkisi 780 milyon manat artıb. Nəzərə alsaq ki, bu məbləğ maaş və pensiya atrımları ilə bağlı ilin son 4 ayını əhatə edir, yəni illik xərclərin üçdə biridir, onda 2020-ci il büdcəsində bü istiqamətdə xərclərin 2 milyard 340 milyon manat artırılması gözlənilir. Təbii ki, böyük məbləğdir və  indiki büdcə xərclərinin 10 faizinə yaxındır. Bu, büdcənin sosial yükünün artırılmasına və investisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid tendensiyasıdır.

Nəzərə alsaq ki, hökumət ilin sonunda pensiya və əmək haqlarını yenidən artırılacağını bildirib, onda bu məbləğin daha da artacağı  gözlənilir.  Bu tendensiya əhalinin gəlirlərinin artımına səbəb olacaq. Təbii ki, hökumətin sərt anti-inflyasiya siyasəti yeritməsi şərti ilə. Yəni inflyasiya artımları “yeməsin”.

Maaş və pensiya artımlarının maliyyələşmə mənbəyinin iki ünvanı var – vergi və gömrük sistemində  dəyişiklər nəticəsində daxilolmaların artması və dövlət idarəetmə xərclərinin optmallaşdırılması. 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat köçürüb, proqnoza 110,1 faiz əməl olunub.

 2019-cu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 milyard 733,4 milyon manat vergi və rüsum daxil olub. Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 faiz çoxdur.

Təbii ki, büdcə gəlirlərinin belə templə artımı maaş və pensiyaların artımına adekvatdır. Bu tendensiya davam etdikcə, maaş və pensiyaların yenidən artırılması haqda qərarlar da gözləniləndir.

Qadir İBRAHİMLİ

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [14:51]:
Borca görə axtarışda olan daha 12 nəfər saxlanılıb
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin