Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

11/07/2019 [23:54] - Gündəm (260)



Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Baş prokuror Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayaraq müstəqillik əldə etdikdən sonra xalqımızın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər, eləcə də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə qonaqları məlumatlandırıb.

Daha sonra xalqımızın ağrılı yeri olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirmiş, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını Dunya Miyatoviçin diqqətinə çatdırıb.

Ölkəmizlə bağlı xoş təəssuratlarını bildirən xanım Dunya Miyatoviç Avropa Şurasının insan hüquqları üzrə komisarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.

Həmçinin söhbət zamanı Azərbaycanın beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsip və normalarına sadiqliyinin bariz nümunəsi kimi prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsinin və qanunların icrasına nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının qorunmasının əsas prioritet olması qonağın nəzərinə çatdırılıb.

Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq digər konkret mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin