Gəncədə radikal dini cərəyanların qadınlara təsirləri müzakirə edildi

11/07/2019 [00:33] - Cəmiyyət (128)



Azərbaycanın ikinci böyük şəhəri Gəncədə bu cür hadisələrin baş verməsi qarşısıalınmaz proseslərə yol aça bilərdi. Bu fikirləri Gəncə şəhərində keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva səsləndirib. 

Tədbir “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub. 

Layihə rəhbəri, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva qeyd edib ki, bu tədbirin keçirilməsi üçün Gəncə şəhəri təsadüfi seçilməyib. Bir il əvvəl (2018-ci ilin 3 iyulunda) Gəncə şəhərində icra başçısını odlu silahla qətlə yetirmək cəhdi olub. Bu, bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində öz məkrli siyasi maraqlarını həyat keçirmək istəyən qrupların dövlətçiliyə qarşı təxribatı kimi qiymətləndirilir. İyulun 10-da radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki yüksək rütbəli polis zabitini qətlə yetirməsi isə Gəncə hadisələrinin kulminasiyası idi. Azərbaycanın ikinci böyük şəhərində bu cür hadisələrin baş verməsi qarşısıalınmaz proseslərə yol aça bilərdi. Amma hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bu təxribatların qarşısı alındı. Lakin dini şüarlarla pərdələnən, təxribatçı qüvvələr hələ də internet resurslarında və mümkün olan hər yerdə Gəncə hadisələrini “qəhrəmanlıq salnaməsi” kimi təqdim etməkdədir. 

Ülkər Abdullayeva bildirib ki, əslində bu layihəni həyata keçirməyə təkan verən amillərdən biri də Gəncədə baş verən həmin olaylar olub. 

O qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dindən siyasi alət kimi istifadə etməyə cəhdlər dövlətin təməlini sarsıda bilər. Son zamanlar Azərbaycanda radikal dindarların sayının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan QHT sədri, bu sırada xeyli qadının da olduğunu diqqətə çatdırıb. 

“Azərbaycan qadına ABŞ və bir sıra Avropa ölkələrindən əvvəl seçki hüququ verən ölkədir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyət nəinki təkcə müsəlman və türk şərqində ilk demokratik dünyəvi respublika idi, o, həm də qadınların hüquq və azadlıqlarını tanıyan ilk müsəlman ölkəsi idi. İlk respublikamızın qurucuları qadınlarımızı çadradan, dini xürufatdan, cəhalətdən azad olmağa, dünyəvi təhsil almağa ruhlandırmışdılar. Təəssüf ki, 100 ildən sonra Azərbaycan qadınları yenidən çadraya bürünərək radikal dini cərəyanların təsiri altında fundamentalizmə, cəhalətə yuvarlanmaqdadır” – deyən layihə rəhbəri son illərdə xeyli sayda Azərbaycan qadınının öz ailəsini, doğmalarını ataraq “cihad etmək” adı altında Yaxın Şərq ölkələrinə getdiyini xatırladıb.  
Radikal dini təşkilatlara qoşulan qadınların başına gətirilən müsibətlərdən bəhs edən QHT sədri, gəncəli həmcinslərini ayıq olmağa, dini xurafatdan uzaq durmağa, xarici ölkələrdən idarə olunan radikal dindarların təsiri altına düşməməyə, hər fürsətdə ətrafdakı insanları bu barədə maarifləndirməyə çağırıb. 

Layihənin eksperti Nərmin Şamilova dünyadakı radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları öz qlobal torlarına necə saldıqları, onlardan necə istifadə etdikləri barədə ətraflı məlumat verib. Sonra mövzu ətrafında fəal müzakirələr gedib. Tədbir iştirakçıları faydalı məlumatlara görə layihə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin