Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb

10/07/2019 [14:32] - Cəmiyyət (188)



 Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açıb. 

İstiqlal.az xəbər verir ki, Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, eyni zamanda tələbələrin peşə təhsilinə qəbulu və iştirakını genişləndirmək, habelə bu rayonlarda peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdan ibarətdir. Yeni müasir standartlara uyğun emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün  dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb, isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşır və burada təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin aşılanmasına xidmət edir. 
Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin rəhbəri xanım Simona Gatti deyib ki, Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə, bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcək: “Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcək”.

Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, Qərbi Azərbaycanın sənaye mərkəzi kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək karyeralarını qurmaq  və yeni açılan emalatxanada gələcəkdə əmək fəaliyyətində rastlaşacaqları avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər. 

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakasetti qeyd edib ki, “Bu gün açılan bu ilk emalatxana  ölkənin müxtəlif sahələrdə ixtisaslaşan işçi qüvvəsi  potensialını gücləndirmək və daha inklüziv əmək bazarı yaratmaq üçün mühüm bir addım kimi peşə təhsilinin vacibliyini vurğulayır”.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin