“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı

10/07/2019 [23:34] - Gündəm (381)



“Azərbaycan camaatı öz ölkəsində istirahət edə bilmir, yetim-yesir kimi düşüblər başqa ölkələrə”.

Bunu Vətəndaş Həmrəyliyinin Partiyasının sədri, Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı deyib.

Məmurlar tərəfindən Xəzər dənizinin hasarlanmasına etirazını bildirən Xalq şairi bu məsələnin dəfələrlə qaldırıldığını xatırladır. S. Rüstəmxanlı bildirir ki, Xəzərin sahilində əksər yerlər düzənlikdir, bir neçə yerdə yüksəklik var və onlar da qorunmalıdır.

“O, bölgənin gözəlliyidir. Amma Qaradağ postunun yaxınlığında mayak var. O təpəciyi belə daşıyıblar. Dənizin içinə torpaq tökənlər, orda körpü tikənlər, şəhər salanlar yol polisinin olduğu yerdə normal bir yüksəkliyi məhv edib apardılar. Deyən olmadı ki, dur ay bala, bu torpağı sənin nə ixtiyarın var daşıyırsan?

Eləcə də o sahillər. Əvvəl qərar qəbul edildi ki, evlər dəniz kənarından 150 metr aralı olsun.

Bəs bu dəniz kənarında evlər tikənlər kimlərdir? Elə o insanlardır ki, qərarlar qəbul edirlər – nazirlər, yüksək vəzifə sahibləri, məmurlar, imkanlı şəxslər bunlardır.

Onlar sonra məcbur elədilər ki, qanun dəyişilsin, dəyişildi də – məsafə 50 metrə salındı. Amma bu da onları qane etmədi. Artıq dənizin içinə giriblər.

Dəniz hamınındır. Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil. Ona görə də Qaradağ rayonunda dənizin qırağında tikilən evlər kimidir, bu bəllidir. O evlər hamısı sökülməlidir, torpaqlar boşaldılmalıdır, ya da ki, o evlər qeyri-qanuni tikildiyi üçün müsadirə olunub, verilməlir xalqa.

Doğrudur, mülkiyyət toxunulmazdır amma sual olunur, o mülkiyyətlər kimdən icazə alınaraq tikilib? O torpaqlar hansı qanuna əsasən alınıb? Əgər o torpaqlar alınıbsa, bu torpaqları qeyri-qanuni verən insanlar tapılıb niyə cəzalandırılmırlar?”.

S. Rüstəmxanlı deyir ki, bu məsələ Milli Məclisin iclaslarında ən azı 20-30 dəfə bu məsələ qaldırılıb: “Xalq artisti, böyük sənətkar Zeynab Xanlarovadan tutmuş, iqtidarlı, müxalifətli bütün deputatlar bu məsələni səsləndiriblər.

Tikililər şəxsi evlərdir. Bu evlər bir kənara, kimlərsə şifahi icazə alıb gəlib neçə hektar ərazini tutub hasarlayıb, bir qapı qoyublar.

Bəs millətin, xalqın, Abşeron əhalisinin, tarixi, kökü bura aid olan, dədəsinin babasının qəbri burda olan insanların, onlara aid olan köhnə çimərliklərdə gedib pulsuz-parasız istirahət etməyə haqqları var, ya yox?

Novxanı, Şıxov çimərliyi hamısı zəbt olunub. Hə, ola bilsin ki, bir neçə çimərliyi yalandan “xalq çimərliyi” adı ilə saxlayıblar. Amma unudurlar ki, bütün çimərliklər xalq çimərliyidir. Ola bilsin ki, orda istirahət üçün, yemək və içmək üçün bir neçə yer açıla bilər. Amma bu o demək deyil ki, bütün ərazilər tutulsun.

Qarabağı ermənilər işğal edib, Abşeronu da pullular işğal edib. Bəs bu millət hara getsin?

Dağları ermənilərin əlində, dənizləri də öz “ermənilərimiz”in əlində… Millət Muğanda, Mildə yanmalıdır?

Bu məsələ bağlı da tədbir görülməməsinin səbəbi aydın şəkildə ortadadır. O tikilən evlər tədbir görməli adamlarındır. Onlar necə özləri özlərinə qarşı tədbir görə bilərlər?”. (Yenisabah.az)
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
04/06/2020 [23:58]:
Londonda etiraz nümayişləri keçirilib, saxlanılanlar var
04/06/2020 [22:48]:
Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib
04/06/2020 [21:42]:
Ermənistanda pasiyentlərin vəziyyəti ağırdır
04/06/2020 [20:34]:
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04/06/2020 [19:39]:
Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır
04/06/2020 [19:20]:
Latviya Səfiri parlamentdə olub
04/06/2020 [18:49]:
ƏSA Teatrından yeni tamaşa - “Balaca Şahzadə”
04/06/2020 [17:48]:
“Sabah” paraqvaylı hücumçu ilə müqavilə bağlayıb
04/06/2020 [17:22]:
Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB
04/06/2020 [17:20]:
Ramin Bayramlı: "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər"
04/06/2020 [17:15]:
Operativ Qərargah: "Vətəndaşlar lazımi ehtiyaclarını indidən təmin etsinlər"
04/06/2020 [17:12]:
TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"
04/06/2020 [17:10]:
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
04/06/2020 [17:05]:
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
04/06/2020 [16:42]:
"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb
04/06/2020 [15:28]:
Dondurma deyə yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı
04/06/2020 [14:33]:
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
04/06/2020 [14:06]:
Operativ Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb
04/06/2020 [14:01]:
Əli Əsədov əhaliyə müraciət edib
04/06/2020 [13:57]:
Bu il Meksikadan Azərbaycana ixracın həcmi 225.49 faiz artıb
04/06/2020 [13:48]:
UEFA “Trabzonspor”u Avropa yarışlarından kənarlaşdırıb
04/06/2020 [13:16]:
“Yuğ” teatrı iyun repertuarını açıqlayıb
04/06/2020 [12:45]:
Polşada prezident seçkilərinin vaxtı müəyyənləşib
04/06/2020 [12:14]:
Konqoda Ebola epidemiyası başlanıb
04/06/2020 [11:43]:
Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin