QHT fəalları dini ekstremizmə qarşı mübarizə məsələləri mwzakirə etdi

10/07/2019 [14:25] - Cəmiyyət (44)



“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyələrinin təbliğində vətəndaş cəmiyyətinin rolu” mövzusunda QHT fəalları üçün seminar keçirib. 

Seminarı giriş sözü ilə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu açıb. O, layihə fəaliyyətləri barədə iştirakçılara məlumat verib. Natiq deyib ki, dini ekstremizm xaricdən ekspansiya olunan ən təhlükəli meyllərdən biridir: “Təəssf ki, ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi bu problemi tamamilə həll edə bilmir. Bu radikal qrupların nümayəndələri həbsxanalarda da bir araya gəlməyi bacarır, bu meyllər hansısa yollarla cəmiyyətə ötürülür”.

A.Rəşidoğlu dini ekstermizmə qarşı mübarizədə Dini Qurumlar üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Bundan sonra tədbir araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin moderatorluğu ilə davam edib. R.Mirhəşimli qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslər ictimai sektorda və mediada bu proseslərin geniş müzakirəsinə səbəb olub: “Yaxın Şərq münaqişəsi ilə müzakirələrdə bir çox hallarda dini mühitdə baş verənlər də polemika mövzusu olur. Qeyd etmək lazımdır ki, bəzən radikal qrupların fəaliyyətini dinlə əlaqələndirmək meylləri özünü göstərir. İslam dini bir nəfərin öldürülməsini bütün bəşəriyyətin öldürülməsinə bərabər tutur. Dinin bu hikməti ilə yanaşdıqda Yaxın Şərqdəki radikal dini qrupların ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin əlində alət olduğu aydın görünür. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında QHT təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Bu baxımdan ictimai sektorun nümayəndələri dinin radikal qrupların fəaliyyətindən uzaq olduğu mənəvi dəyər kimi cəmiyyətə çatdırılmalıdır”.

Seminarda Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu “İslam dini və tolerantlıq”, ilahiyatçı Ağa Hacıbəyli “Azərbaycan tolerantlıq modelinin təbliği” mövzusunda məruzələrlə çıxış ediblər.

Bunlarla yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar Əlifzadə mövzu ilə bağlı çıxış edib. Məruzəçilər müasir dövrdə dini ekstremizm təhdidlərinin mahiyyəti, tolerantlıq dəyələrinin təbliğinin aktual məsələləri və vətəndaş cəmiyyətinin rolu ilə bağlı məlumat verib, öz fikirlərini bölüşüblər. 

Seminar “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib. 

Növbəti belə seminarın KİV nümayəndələri üçün keçirilməsi nəzərdə tutulub.

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar ve iç mekan

 

 

Görüntünün olası içeriği: 6 kişi, Azər Rəşidoğlu dahil, oturan insanlar

 


Oxunma sayı: 815

Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin