Qüdrət Həsənquliyev: İslahatlar genişlənəcək

10/07/2019 [10:29] - Siyasət (76)



İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi


- Qüdrət bəy YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq bu barədə fikirlər hələ də dolaşmaqdadır.Siz necə düşünürsünüz növbədənkənar seçkilər keçirilə bilərmi və bunun hüquqi mexanizmi varmı?

- Hüquqi  baxımdan bu mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü bəndinə görə Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa səlahiyyətlidir. Əgər YAP iqtidar partiyası kimi növbədənkənar seşkilərin keçirilməsini zəruri hesab edib deputatlarına istefa verməyi tövsiyyə edərsə və onların istefasından sonra MM-in 83-dən az  deputatı qalarsa Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir. Məsələnin siyasi aktuallığına gəldikdə isə biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar tərəfindən belə qərar qəbul olunsa onu dəstəkləyəcəyik.
Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və məqsədəuyğun hesab edirik.

- Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa daha hansı dəyişikliklər nəzərdə tutula bilər? 

- Ölkənin 2025-ci ildən parlamentli respulika modelinə keçirilməsi nəzərdə tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti ləğv olunmalı, bir vitse prezident vəzifəsi saxlanılmalıdır. Çoxpartiyalı sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən və topladıqları səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı 30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə tənzimlənə bilər. Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar əlavə olunmalıdır.

- Qüdrət bəy hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq edə bilər?

- Bizim bütün tənqidlərimizə baxmayaraq Azərbaycan güclənir və aparılan islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun zaman isə seçkilər dövrüdür. Etiraf etməliyik ki,sonuncu növbədənkənar prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst etdi.O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini şərtləndirə bilər.

- Hazırda da belə bir plan ola bilərmi?

- Düşmənlər və hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə olacaqlar. Son vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız gözdənsalma kompaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.

- Qüdrət bəy, qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?

- İslahatlar günün tələbidir.Prezident də söyləyib ki,idarəetmə təkmilləşdirilməli,i slahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq aşağıların təzyiqi  ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatları həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə ki, islahatlar aparsın o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar genişlənəcək.

- Qüdrət bəy parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?

- Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox zəifdir. Sistemdən kənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər. Düşünürəm ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə  və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün bizə zaman lazımdır.

Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin