Gülnarə Kərimovanın qəsrləri hərraca çıxarıldı

09/07/2019 [19:13] - Dünya (112)



Fransa hakimiyyəti Gülnarə Kərimovanın əmlakının satışından əldə olunmuş pulları Özbəkistana təhvil verəcək. Virtualaz.org xəbər verir ki, bu məlumatı RFI yayıb. Söhbət üç obyektdən gedir – bunlar Parisdəki mənzil, Sen-Trope rayonundakı villa və Parisin kənarında yerləşən qəsrdir. Sözügedən əmlakların hamısı “daşınmaz əmlakın idarə edilməsi üzrə şirkət”in adına qeydiyyatdan keçirilib. Fransız müstəntiqlər müəyyənləşdiriblər ki, bu obyektlər xarici telekommunikasiya şirkətlərinin Özbəkistan bazarına daxil olmaq üçün ödədikləri “korrupsiya” pulları hesabına əldə edilib.

Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimoivanın Fransadakı əmlakı haqqında yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay sürən danışıqlar tələb olunub. Məsələ Bayetonun məhkəmə müstəntiqi Serj Turnerlə birgə Özbəkistan paytaxtına səfərindən sonra həllini tapıb. Özbəkistan hakimiyyəti ilə görüşlərdə digər məsələlərlə yanaşı, pulların geri qaytarılması üçün hansı hüquqi yolun seçiləcəyi də müzakirə edilib.

“Özbəkistanda verilmiş məhkəmə qərarlarının tanınması kimi daha mürəkkəb yolla da getmək olardı. Amma elə də etmək olardı ki, Özbəkistan dövləti özünü zərərçəkmiş kimi elan etməyə razılıq versin və mülki iddiaçı olsun. Məhz bu proseduru da seçdik”, - RFI-yə müsahibəsində Özbəkistanın maraqlarını müdafiə edən vəkil Stefan Sekkaldi deyib.

Nəticədə, iyunun 26-da şirkət nümayəndələri fiqurantları məhkəmə istintaqından azad edən “əvvəlcədən təqsirin etiraf edilməsi” proseduru üzrə fransız müstəntiqlərlə sövdələşməyə gediblər. Bu prosedur üzrə apellyasiya müddəti iyulun 9-da bitib. Bu isə o deməkdir ki, hər üç daşınmaz əmlak obyekti müsadirə edilmiş hesab olunur.

Özbəkistanın Fransa hakimiyyətindən alacağı yekun məbləğ hələlik məlum deyil. Kərimovanın Parisdəki mənzili hələ yaz aylarında hərracda 14 milyon avroya – alış qiymətindən iki dəfədən də çox ucuza satılıb. “Kərimovanın vəsaitləri”nin bir hissəsi – 2 milyon avro – istintaq xərclərinin kompensasiyası kimi ödəniləcək.

Bayeto və Turnerin sözlərinə görə, qanunsuz yolla əldə olunmuş gəlirlərin müsadirəsi qərarı Fransada ilk dəfədir ki, qəbul edilir. RFI bunu “tarixi presedent” adlandırıb.

Fransada Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimova barəsində istintaq 2014-cü ildə başlanıb. Bundan az öncə İsveçrənin hüquq-mühafizə orqanları fransalı həmkarlarına “cinayətkar dəstə tərkibində pulların yuyulması” haqqında iş üzrə sorğu göndərmişdilər. Elə həmin ilin sentyabr ayının 5-də Turner Kərimovanın adı ilə bağlı olan üç əmlakın üzərinə həbs qoymuşdu. Fransa KİV-lərinin məlumatına görə, Parisdəki mınzil 31 milyon avroya, villa 2,4 milyon avroya, qəsr isə 28 milyon avroya alınıb.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin