Masallıda dəhşətli qəza - 8 ölü, 1 yaralı

09/07/2019 [18:32] - Gündəm (131)



Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə birgə məlumat yayıb

“Report”un məlumatına görə, birgə məlumatda bildirilir ki, iyulun 9-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində Nizami Mustafayevin idarə etdiyi “Mersedes Benz Vito” markalı 99-LH-458 dövlət nömrə nişanlı mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi “Kamaz 5511” markalı 10-MG-329 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılması nəticəsində mikroavtobusda olmuş 8 nəfərin vəfat etməsi, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin N.Mustafayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin