Azərbaycanla Rusiya arasında 3 sənəd imzalanıb

08/07/2019 [23:41] - İqtisadiyyat (108)



İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, rusiyalı nazir D. Manturov Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, bir sıra sahələrdə, o cümlədən sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamikanı qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. D. Manturov 10-cu “Innoprom” sərgisi barədə ətraflı məlumat verib, tərəfdaş ölkə kimi Türkiyənin iştirakını, gələn il isə tərəfdaş ölkənin İtaliya olacağını bildirib. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək “Neva” gəmiçilik sərgisinə dəvət edib.

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkənin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Ş. Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Belə layihələrdən olan Pirallahı Sənaye Parkında “R-Farm” əczaçılıq müəssisənin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. 10-cu “Innoprom” sərgisinə dəvətə görə minnətdarlıq edən nazir Ş. Mustafayev sərginin əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün əlverişli platforma olduğunu bildirib.

Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və “KamAZ” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, “ATEF” şirkətlər qrupu və “Sinara Qrup” SC arasında Anlaşma Memorandumu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və “Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti 10-cu “Innoprom” beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2010-cu ildən etibarən hər il keçirilən “Innoprom” sərgisi Rusiyanın əsas sənaye, ticarət və ixrac platformalarındandır. Sərginin ziyarətçilərinin böyük əksəriyyətini istehsalda yeni texnologiyaların tətbiqində maraqlı olan alıcılar və mütəxəssislər təşkil edir. Hər il sərgiyə dünyanın müxtəlif ölkələrindən 45 mindən çox ziyarətçi gəlir.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
16/08/2019 [14:29]:
Elçin Quliyev: Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
16/08/2019 [13:36]:
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Bakıda bu ərazilərdəki evlər söküləcək
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin