Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

07/07/2019 [18:21] - Mədəniyyət (338)



Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına salınıb.

İstiqlal.az-ın məlumatına görə, bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Şəki şəhəri və Xan Sarayı Dünya İrs Siyahısına salınması ilə bağlı müzakirələr gərgin keçib. Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın  (İCOMOS) adından bildirilib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun 2012-ci ildə keçirilən sessiyasında müzakirəyə çıxarılsa da, İCOMOS nominasiyanı Dünya İrs Siyahısına daxil etməyib: "2017-ci ildə keçirilən sessiyada İCOMOS təklif edib ki, ərazidə əlavə konservasiya işləri aparılsın. Lakin üzv dövlət konservasiyanın nəticələri ilə bağlı bizim tərəfimizdən istənilən sənədləri təqdim etməyib. Biz düşünürük ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilməsin".

Küveyt nümayəndə heyəti adından bildirilib ki, üzv dövlət lazımı öhdəliyi yerinə yetirib və buna görə də Azərbaycan tərəfinin irəli sürdüyü nominasiya qəbul edilməlidir. Anqola tərəfi də qeyd edib ki, emosiyalara nəzarət edilməli və elmi-nəzəri nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır. Çinin nümayəndə heyəti isə Azərbaycanın son iki il ərzində böyük səylər göstərdiyini diqqətə çatdırıb:  "Azərbaycanda bu nominasiya ilə bağlı iki dəfə Prezident sərəncamı imzalanıb. Biz Küveytin mövqeyini dəstəkləyirik".

İndoneziya nümayəndə heyəti Azərbaycan tərəfinin təqdim etdiyi nominasiyasının qəbul edilməməsini düzgün hesab etməyib.

Tanzaniya nümayəndə heyəti isə diqqətə çatdırıb ki, üzv dövlətin 42-ci sessiyada üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib.

Tunis nümayəndə heyəti isə iki ildən çoxdur qərarın təxirə salınmasını yanlış sayıb, Ümumdünya İrs Komitəsini hüquqi çərçivədən çıxmamağa çağırıb. Tunis nümayəndə heyəti əks halda qərarın qəbulunda iştirak etməyəcəyini bəyan edib. 

Qırğız nümayəndə heyəti də Küveytin əlavəsinə dəstəklədiyini bildirib. Nümayəndə heyəti adından bildirilib ki,  Ümumdünya İrs Komitəsi ardıcıllığı qorumalıdır: "Əgər bu nominasiya bir dəfə təxirə salınıb, biz artıq növbəti addımı atmalıyıq. Şəki, Tbilisi, Gəncə, Dərbəndlə yanaşı İpək yolu marşrutunda yerləşir, ona görə də qədim İpək yolunun bir hissəsidir". 

Avstraliya nümayəndə heyəti isə Azərbaycan üçün çox vacib məqamın müzakirə edildiyini vurğulayıb: "Dünya İrs Siyahısına daxil edilən sahələr hamı üçün aydın olmalıdır. Buna görə də, istərdik ki, üzv dövlətlə Komitə arasında dialoq davam etdirilsin". 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov nominasiyanın 6 il əvvəl yerli və beynəlxalq qurum tərəfindən tərtib edilərək İCOMOS-a təqdim edildiyini diqqətə çatdırıb: "Bundan sonra 42-ci sessiyada müzakirəyə çıxarılıb. Biz İCOMOS-un konservasiya ilə bağlı qərarı ilə qəti razılaşmırıq. Mən Azərbaycanın bu işə bağlılığını nəzərə çatdırmaq istəyirəm. Bu nominasiya ilə bağlı Azərbaycan tərəfindən ciddi addımlar atılıb. Bir çox həmkarlarımız hüquqi boşluqlara toxundular. Doğrudur, Azərbaycan belə bir tələyə düşdü. Lakin 42-ci sessiyada çıxarılan qərarla bağlı Azərbaycana məlumat verilməyib. Bundan başqa, son beş ay ərzində İCOMOS bizə əlavə informasiya haqqında müraciət etməyib. Buna görə də mənim ölkəm gələcəkdə də çalışacaq ki, digər dövlətlər belə çətinliklə qarşılaşmasınlar".

Məhz gərgin müzakirələrdən sonra Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. 
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin