UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının iclasında bir neçə nominasiya UNESCO-nun Dünya İrs Siyahısına salınıb.
İstiqlal.az xəbər verir ki, Hindistanın şimal qərbində yerləşən Caypur şəhəri, 5 min illik tarixə malik olan Çinin Lyançju şəhəri, İraq ərazisində yerləşən tarixi Babil şəhəri, Yaponiyanın 1600 minlik tarixi olan "Mozu Furuiçi Kofun Qrupu" məzarlıq kompleksi, Bəhreynin Dilmun kurqanları, İndoneziyanın Savahlunto kömür mədəni, Şimali Makedoniya və Albaniyaya məxsus “Ohrid regionunun təbii və mədəni irsi” Dünya İrs Siyahısına daxil edilib. Həmçinin, Çin tərəfindən irəli sürülən Sarı dəniz sahilində yerləşən Bohai boğazında quşların miqrasiyası bölgəsi ilə bağlı təklif , Fransanın təqdim etdiyi “Fransa Austral torpaqlar və dənizlər” qoruğu və İslandiyanın təqdim etdiyi “Vatnajökull Milli Parkı – alovun və buzun dinamik təbiəti” nominasiyaları da Dünya İrs Siyahısına salınıb.
Beləliklə, UNESCO-nun Dünya İrsi Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ə çatıb.