Qobustanda yeni sərgi açılıb

05/07/2019 [20:14] - Mədəniyyət (316)



Qobustan Milli Tarix-Bədii qoruğunda "Avropanı qayaüstü incəsənətlə gəzək" adlı sərginin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib.

Sərgi Portuqaliyanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi Foz Koanın qayaüstü təsvirlərinə həsr olunur.

Tədbirin açılış mərasimində çıxış edən Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Qobustan qoruğunun dünyada tanıdılması üçün müxtəlif layihələr icra olunur, əməkdaşlıq əlaqələri qurulur:

"Bu sərginin təşkil olunması da Qobustan Milli Tarix-Bədii qoruğu və Portuqaliyanın Foz Koa qoruğu arasında əməkdaşlığın başlanğıcı olacaq. İki qoruq arasında əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bu ilin oktyabr ayında Qobustan qoruğunun Portuqaliyada sərgisi təşkil olunacaq".

Foz Koa qoruğunun direktoru Buruno Navarro isə bildirib ki, rəhbəri olduğu qoruqda olan qayaüstü rəsmlərin yaşı 20-30 min ili əhatə edir:

"Avropanın iki ən böyük açıq səma altında qayaüstü incəsənət abidəsi olan Qobustan və Foz Koa-nın arxeoloji kontekstə bənzər cəhətləri var. Tədqiqatçılar xüsusilə bu iki abidənin hazırda nəsli kəsilmiş ibtidai öküz təsvirlərinin stilistik və xronoloji bənzərliyini vurğulayırlar".

O, əlavə edib ki, bu sərginin təşkil olunması Qobustan qoruğu ilə əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq:

"Budan sonra qarşılıqlı səfərlərin, sərgilərin təşkil olunması, təcrübə mübadiləsinin aparılması istiqamətində çalışacağıq".

Qeyd edək ki, sərgidə Foz Koa dərəsində qayaüstü təsvirlərin aşkar olunması, onların qorunması uğrunda ictimaiyyətin mübarizəsi, bu qayaüstü incəsənətin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi, burada aparılan arxeoloji araşdırmalar haqqında məlumatlar və illustrasiyalar öz əksini tapıb. Sərgi iyulun 15-dək davam edəcək.

Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin