Kolumbiyanın tanınmış musiqi qrupu “Puerto Candelaria” Bakıda konsert proqramı ilə çıxış edib.
İstiqlal.az xəbər verir ki, Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən Kolumbiya Musiqisi Gecəsində səfir Luis Antonio Dimate Kardenas musiqi qrupunun yaradıcılığından söz açıb. Latın Amerikası xalqlarının musiqilərini ifa edən “Puerto Candelaria” məşhur albomlarından (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) musiqilər səsləndirib.
Dünyanın bir çox ölkələrində qastrol səfərində olan qrup Azərbaycandan sonra Türkiyə, Polşa, Rusiya, Portuqaliya, İrlandiya və Macarıstanda konsert proqramı ilə çıxış edəcək.
Tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərləri, bu ölkənin məşhur kofeləri, milli geyimləri, incəsənət nümunələrindən ibarət sərgi düzənlənib.