İsveçrənin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Azərbaycan və İsveçrə arasındakı texniki əməkdaşlığın 20 illiyinə həsr olunan konsert təşkil olunacaq.
İstiqlal.az xəbər verir ki, Bakıda və Qəbələdə baş tutacaq konsertlərdə İsveçrənin “İl mosaico” gənclər orkestri və violonçel ustası Orxan Hüseynov çıxış edəcək.
Konsertlər iyulun 6-da saat 19.00-da Bakı Musiqi Akademiyasında, 8 iyulda isə saat 19.00-da Qəbələ Mədəniyyət Mərkəzində olacaq.
Konsertə giriş sərbəstdir.