Luvr Muzeyində saxlanılan 3 xalça Azərbaycanda nümayiş olunub

03/07/2019 [09:36] - Mədəniyyət (299)



UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi keçirilib. 

APA-nın məlumatına görə, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət Naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və xarici qonaqlar iştirak ediblər.

Nazir Ə.Qarayev bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilir: "O cümlədən bu təqdimat da həmin tədbirlər silsiləsinə daxildir. Sərgi Fransa səfirliyi ilə birlikdə həyata keçirilir. Bu gün sərgidə Luvr Muzeyində saxlanılan 3 Azərbaycan xalçası ilk dəfə nümayiş olunacaq. Sevindirici haldır ki, bu xalçaların üzərində artıq Azərbaycanın etiketi yazılır. Bu o deməkdir ki, dünyanın ən nüfuzlu muzeylərindən birində Azərbaycan xalqının yaradıcılığına məxsus əl işləri saxlanılır. Bu faktı artıq bütün dünya qəbul edir. Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına gəlmiş qonaqlara bu faktı təqdim etməklə biz öz böyük mədəniyyətimizi əyani surətdə təqdim etməyə müvəffəq olduq".

Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez Azərbaycan Xalça Muzeyinin əməkdaşlıq üçün məhz Luvr Muzeyini seçdiyinə görə sevindiyini bildirib: "Bu sərgi vasitəsilə Fransa UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında ön plana keçmişdir. Biz bununla fəxr edir və Azərbaycana təşəkkürümüzü bildiririk. Mən bu münasibətlə  Vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsi ilə Luvr Muzeyində yerləşən İslam İncəsənəti İdarəsinin və bu gün nümayiş olunan xalçaların bəzilərinin bərpasına maddi yardım göstərib". 

Xalça Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi bu Xalça Muzeyi üçün çox önəmlidir: "Luvr Muzeyi ilə əməkdaşlıq çərçivəsində onun daimi ekspozisiyasından 3 xalça təqdim olunur. Bunlar 18, 19 və 20-ci əsrin əvvəllərində hazırlanmış xalçalardır. Xalçalar sentyabrın 30-a qədər nümayiş olunacaq".
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin