İcra başçılarının 220 minlik avtomobil və uşaq pulunun bərpasını gözləyən yoxsullar - təhlil

30/06/2019 [20:37] - İqtisadiyyat (521)



Kəlbəcər rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib. Avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Təbii ki, bu yalnız Kəlbəcər icra başçısına tanınan hüquq deyil - hər bir rayonun icra başçısı eyni və ya oxşar avtomobildən istifadə edir.

Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax + Naxçıvan MR-in mərkəzi Naxçıvan şəhəri) var. Sadə hesablama ilə bəlli olur ki, 88 rayon və şəhər icra başçılarının təkcə xidməti avtomobilinin toplam dəyəri 19,5 milyondur. Buraya avtomobillərə xidmət xərclərini nəzərə alsaq məbləğ daha da artır. Ancaq siyahı təkcə icra başçları ilə qapanmır. Hər bir icra başçısının ən azı 2-3 müavini var. Düzdür, müavinlərin xidməti avtomobili yəqin ki, bir qədər ucuz olar, ancaq istənilən halda ən azı başçının avtomobilininin dəyərinin yarısı qədər olar. Ən minimal hesablamalarla icra başçıları və onun müavinlərinin xidməti avtomobillərinin toplam dəyəri 50 milyonu ötür.

Bundan başqa, Nazirlər Kabinetinin tərkibinə 33 mərkəzi icra hakimiyyəti orqanı (nazirlik, dövlət komitəsi və xidməti, agentlik) daxildir. Təbii ki, nazirlərin avtomobilləri icra başçılarından ucuz deyil. 33 mərkəzi icra hakimiyyəti başçısının xidməti avtomobilinin dəyəri ən azı 10 milyon manata yaxındır. Nazir müavinlərinin, baş idərə rəislərinin bahalı avtomobillərinin dəyərini də nəzərə alsaq, bu məbləğ bir neçə dəfə artmış olacaq. Üstəlik də bahalı avtomobillərə xidmət xərcləri də yüksək olur və büdcəyə yüklənir.

Təbii sual yaranır - hansı məntiqlə məmurlar büdcə vəsaiti hesabına belə bahalı avtomobillərlə təmin edilməlidir?  Minimum əmək haqqı 250, orta aylıq əmək haqqı isə 581 manat olan ölkədə məmurların 220 minlik xidməti avtomobildən istifadə etməsi absurddur. Heç inkişaf etmiş ölkələrin nazirləri belə bahalı avtomobildən istifadə etmir. Yaxşı olar ki, məmurlar 10 dəfə ucuz, dəyər 15-29 min manat olan xidməti avtomobildən istifadə etsinlər, qənaət olunan vəsait hesabına isə aztəminatlı ailələrə uşaq pulunu bərpa etmək olar.  Bu həm ciddi bir sosial layihə olar.

Qadir İBRAHİMLİ

Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin