Paytaxt çimərliklərində reydlər keçirilir

29/06/2019 [20:44] - Cəmiyyət (264)



Bakıda çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtın bir sıra rayonlarında yerləşən çimərliklərə baxış keçirib.

BŞHİ-dən Trend-ə verilən məlumata görə, paytaxt Bakı şəhərində havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dəniz sahilinə kütləvi axını müşahidə olunur.

Bununla əlaqədar BŞİH Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Lakin müşahidələr və həmçinin vətəndaşlardan daxil olmuş bir sıra müraciətlər onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər vardır. Bur sıra yerlərdə vətəndaşlardan əsassiz olaraq çimərliklərə daxil olmaq üçün pul istənilir.

Müraciətlərin araşdirılması və neqativ halların aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Səbail rayonu “Şıx” çimərliyk ərazisi, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.

BŞİH-nin Ticarət və xidmət departamentindən jurnalistlərə açıqlamada bildirilir ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Bu gün reydlər Novxanı qəsəbəsindəki çimərliklərdə aparılıb və şkar edilmiş noqsanlar yerindəcə aradan qaldırılıb.

Reydlərin davamı nəzərdə tutulub.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin