Bu il Azərbaycan peyklərdən 16,1 milyon dollar qazanıb

28/06/2019 [22:14] - İqtisadiyyat (245)



“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında deyilir.

“İxrac İcmalı”nın iyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Food Export Şəmkir" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Nine Climate" MMC, "Aqrovest" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, "Azəripək" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.

“İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin