Dövlətin milyardlarını oğurlayan şəxs necə azadlıqda ola bilər? - təhlil

28/06/2019 [10:49] - Gündəm (280)



Cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququ var. Bu işlə vəkilləri məşğul olmalıdır. Əgər cinayət törətmiş şəxs kifayət qədər varlıdırsa, ən peşəkar vəkillərin xidmətindən faydalanıb müdafiəsini təşkil edə bilər. Media qurumları müdafiə ilə bağlı tərəfsiz xəbər verə bilər və bu da normaldır. Ancaq cinayət törətmiş şəxsin əməli məhkəmə qaydasında sübuta yetirilibsə və məhkəmə hökmü qanuni qüvvəsinə minibsə, söhbət həmin şəxsin dustaq kimi hüquqlarının qorunmasından gedə bilər.

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin törətdiyi əməllərinin cinayət olmasının bir qismi 1-ci məhkəmədə sübuta yetirilib, indi isə növbəti əməlləri ilə bağlı məhkəmə prosesi başlayıb. Təbii ki, məsələyə hüquqi qiyməti məhkəmə verəcək. Ancaq bəzi media qurumlarında, xüsusi ilə də özünü müstəqil sayan KİV-lərdə C.Hacıyevin “istedadlı iş adamı” kimi təbliği gedir və belə iddia edirlər ki, oğru bankiri həbs etmədən də istintaq aparmaq olardı. 

Ondan başlayaq ki, C.Hacıyev 14 il səhm paketi dövlətə məxsus olan banka rəhbərlik edib. Yəni söhbət dövlət vəsaitlərindən gedir. Bu vəsaitlərin böyük bir qismi oğurlanıb. 

Açıq məhkəmə iclaslarında da bildirildiyi kimi, C.Hacıyev bankın Moskva filialı vasitəsilə həyata keçirdiyi veksel əməliyyatları ilə banka 9 milyard dollardan çox ziyan vurub. Veksel əməliyyatlarının rəsmiləşdirilməsi Beynəlxalq Bankın Moskva filialında həyata keçirilib. Vəsaitlər Bakıdan Moskvaya göndərilib, orada da kağız üzərində olan şirkətlərə “yatırılaraq” ofşorlara ötürülüb. Və bəlli olur ki, son nəticədə həmin şirkətlər məhz Cahangir Hacıyevə məxsus idi.

Çoxsaylı faktlardan biri isə - Cahangir Hacıyev Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi - bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. Əslində C.Hacıyevə “istedadlı iş adamı” yox, “istedadlı oğru” demək daha düzgündür.

İddia edirlər ki, MDB-də ölkələrinin istintaq - məhkəmə təcrübəsinin təhlili göstərir ki, bu dövlətlərdə hökmlər ittihamedici xarakterə malikdir, cinayət repressiyası ifrata varır…

-Dövlət bankına məxsus milyardları şəxsi ofşor şirkətlərinə daşıyan şəxsə qarşı başqa cür necə davranılmalı idi?
-122 faizlik devalvasiyanın əsas “memarlarından” olan Hacıyevi necə azadlıqda saxlamaq olardı?
-1000-2000 rüşvət alan müəllim-həkim həbsdə yatırsa, milyardları talan edən bankir hansı haqla azadlıqda olmalı idi?

Düzdür, mən Azərbaycan məhkəmələrinin həmişə ədalətli qərarlar verdiyini iddia etmirəm. Ədalətsiz qərlar da çoxdur. Ümid edək ki, ölkə başçısı tərəfindən məhkəmə-hüquq sistemində başladılan islahatlar bu problemləri aradan qaldıracaq. Artıq bir çox hallarda ölkədə qəti imkan tədbiri kimi həbslə yanaşı, alternativ qəti imkan tədbirlərindən də istifadəyə başlanılıb,  azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması ilə bağlı qanunvericiliyə mütərəqqi əlavələr edilib, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı “elektron qolbağ”nın tətbiqinə başlanılıb. Misal üçün, bu ilin aprel ayında geniş ictimai rezonansa səbəb olan, Bakıdakı 162 saylı orta məktəbdə intihar etmiş şagirdin ölümü ilə bağlı həmin məktəbin keçmiş direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edildi, Məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi... Belə misalları çox göstərmək olar, ancaq konkret olaraq Hacıyevin törətdiyi cinayətin miqyası və ölkənin sistem əhəmiyyətli bankını saldığı vəziyyəti göz önünə alındığında ona qarşı heç bir ədalətsizlikdən söhbət gedə bilməz. 
Yaxşı tutaq ki, Azərbaycan məhkəmələri Hacıyevə qarşı qərəzli olub. Bəs ədalətliliyi şübhə doğurmayan Böyük Britaniya hüquq-mühafizə orqanları Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı niyə cinayət işi açıb?

Yeri gəlmişəkən, bu günlərdə, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub. “Westminster Magistrates” məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u isə şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır.

Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, cavahirat əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. İndi Böyük Britaniya məhkəməsi Hacıyevanı həbs etsə, “repressive məhkəmə” sayılacaq? 

Yeri gəlmişkən, Z.Hacıyeva bu qanunun əhatə dairəsinə düşən MDB-dən ilk oliqarx ailəsidir. Hacıyevlərin müdafiəçiləri bu fakta görə “fəxr” edə bilərlər. 

C.Hacıyevin içərdən göndərdiyi tezislər əsasında onun müsbət imicini yaratmağa çalışan sfarişli yazarlar bəzən oğru bankiri həmin illərdə baş vermiş iqtisadi böhranın qurbanı kimi də təqdim etməyə çalışırlar. Doğrudur, heç kim həmin dövrdə baş vermiş iqtisadi böhranı inkar eləmir. Amma sözügedən iqtisadi böhran C.Hacıyevə bankın əmanətçilərinin, bankda hesablaşma hesabları olan fərdlərin, müxtəlif şirkətlərin hesablarından, səhmdarların vəsaitlərindən, o cümlədən, bankın xarici və daxili borc vəsaitlərinin cinayət yolları ilə şəxsi maraq və məqsədləri naminə oğurlamasına bərat qazandıra bilməz.

C.Hacıyev ifşa olunduqdan sonra dövlət Beynəlxalq Bankın xilas edilməsi üçün əməliyyata başladı, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planı qəbul edildi və dövlət bankın xilasına nail oldu. Sadə dillə desək, Hacıyevin oğurladıqlarının bədəlini dövlət ödədi. 

Təkcə bir epizod üzrə Hacıyevin vəzifə səlahiyyətləri aşaraq 100 milyon dolları mənimsəməsi təsdiq olunub. Hazırda onun digər özbaşınalıqlarının, dövlətin sistem əhəmiyyətli bankına vurduğu zərərin ikinci, daha geniş hissəsi araşdırılır. Məhkəmə proseslərinin davam etdiyi indiki vaxtda dövriyyəyə belə yazıların buraxılması, Hacıyevin cinayətlərinə müxtəlif cür haqq qazandırma cəhdləri heç də təsadüfü görünmür. 

Hacıyevin müdafiəçiləri iddia edir ki, Beynəlxalq Bank 2001-2015-ci illərdə (ittiham bu dövrü əhatə edir) çoxlu sayda müəssisələr CTC Aqro zavodu, "Inter Tobacco", İnter Glass" zavodu, Oğuz Qlükoza zavodu, BOT ayaqqabı fabriki və s. yaradıb. Bu şirkətlər Beynəlxalq Banka yox, Hacıyevin özünə məxsus olub – bankdan oğurladığı pulları hesabına sözügedən şirkətlərə sərmayə qoyub, ancaq ölkə bu şirkətlərdən bir qəpik də faydalanmayıb. 

Nədənsə Hacıyevin müdafiəçiləri onu da xatırlamırlar ki, “istedadlı iş adamı” ölkənin 10 ən yaxşı bankından biri olan “Texnikabank”ı ələ keçirmək üçün qudası, sabiq MTN başçısı Eldar Mahmudovun dəstəyi ilə bankın gerçək sahibi Etibar Əliyevi həbsə atdırdılar, yalnız səhmlərindən imtina etdikdən sonra azadlığa buraxdırdılar. Bu əsil quldur əməliyyatı idi və başında Hacıyev-Mahmudov cütlüyü dururdu. 

Məsələ bu qədər sadə və aydındır. 

Qadir İBRAHİMLİ
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin