Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu

28/06/2019 [13:54] - Mədəniyyət (265)



İyunun 27-də I Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, professional teatr rejissoru sənətimizin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu.

Trend-in məlumatına görə, taleyin qəribə güzarı Hüseyn Ərəblinskini qətlindən sonra da izləyibmiş. Belə ki, ömrü 38 yaşında faciəli şəkildə bitmiş görkəmli aktyoru əvvəlcə Dağüstü parkın yerindəki şəhər qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü parkın salınması barədə qərar çıxarılanda mərhumların qohumlarına, varislərinə məzarların köçürülməsi təklif edilir. O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin dəfnində iştirak etmiş teatr xadimləri ilə birlikdə Ərəblinskinin nəşinin təzə yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur. Çox adi görünüşlü sinə daşı uzun illər xiyaban ziyarətçilərinə böyük aktyor Hüseyn Ərəblinskinin burada uyuduğunu bildirirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlandı.

Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak etdilər.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dedi ki, bizim Fəxri xiyabana budəfəki gəlişimiz Azərbaycan teatrına, milli teatr tariximizə hörmət əlamətidir. Bu qədər insanın xiyabana toplaşması o deməkdir ki, teatr sənətinə böyük töhfələr vermiş şəxslər heç zaman unudulmur. Adı Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış insanlardan biri olan Hüseyn Ərəblinskinin qətlindən 100 il keçir. Azərbaycan teatrının intibahı Hüseyn Ərəblinskinin adı ilə bağlıdır. Onun dövründə milli dramaturgiyanın mükəmməl nümunələri yarandı, dünya dramaturqlarının əsərləri Azərbaycan dilində tamaşaya qoyulmağa başlandı. Cəmiyyətin aynası adlanan teatr sənətinə bu gün dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən nazir vurğuladı ki, bu həm də dünyasını dəyişmiş şəxslərin xatirəsinə ehtiram kimi özünü büruzə verir.

Sonra çıxış edən Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verdi, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını dedi.

Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış etdilər.

Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov isə öz çıxışında etiraf etdi ki, hələ qırx il əvvəl Hüseyn Ərəblinskinin ömrünün son anlarını səhnədə təsvir edən abidəsinin maketini hazırlayıbmış, hətta bu maket onun əsərlərinin kataloquna daxil edilibmiş. Odur ki, bu ideyanın qırx ildən sonra yerinə yetməsi onu da çox sevindirir.

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsində aktyor yarı örtülmüş səhnə pərdələrinin arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.

Hüseyn Ərəblinskinin abidəsinin açılış mərasiminin iştirakçıları daha sonra Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər və abidələrin önünə tər çiçəklər düzdülər.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin