“Kooperasiyanın İnkişafına dəstək” İB Neftçalada tədbir keçirdi

27/06/2019 [18:46] - Cəmiyyət (213)



“Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi iqtisadi və xüsusilə, aqrar istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının, icra hakimiyyətlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, ictimai birliklərin üzərinə yeni vəzifələr qoymuş, onların əməkdaşlığının intensivləşməsini zərurətə çevirmişdir.

İctimai birlikdən  verilən məlumata görə,  İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, ayrı-ayrı idarə və müəssisələr qanunun tələbindən və Dövlət Proqramının müddəalarından irəli gələn işləri görməyə çalışır, ölkədə kooperasiya hərəkatının inkişafına dəstək verirlər. Bununla belə, qeyd olunmalıdır ki, dövlət orqanlarının kooperativlərin yaranmasına, inkişafına və fəaliyyətinə göstərdiyi kömək direktiv xarakterli, inzibati amirlik metodu ilə olsa, prosesə kənd əhalisinin, fermerlərin, torpaq mülkiyyətçilərinin və aqrar sahə mütəxəssislərinin dəstəyi təmin olunmasa, onun aqibəti vaxtı ilə çoxsaylı faciələrə səbəb olmuş, sonda raykomların və sədrlərin mülkiyyətinə çevrilmiş kolxozların- kollektiv təsərrüfatların aqibəti kimi olacaq.

Kəndlinin öz pay torpağından, şəxsi əmlakından, işçi qüvvəsindən, mal- qarasından və s. istifadə edərək, digər həmkarları ilə könüllü olaraq birləşib torpaqdan daha çox məhsul götürməsi və daha çox fayda əldə etməsi üçün onun dünyanın qabaqcıl aqrar ölkələrində geniş tətbiq olunan kooperasiya haqqında məlumatları bilməsi, birləşmənin qanuna uyğun təşkili və fəaliyyətin nəticələrini əvvəlcədən təsəvvür etməsi lazımdır. Kəndli fermerlər bir-biri ilə əməkdaşlıq etməli, qanunun tələblərini bilərək öz mülkiyyətini digərləri ilə könüllü olaraq birləşdirməlidirlər ki, kənd yerlərində işsizlik problemi azalsın, torpaqdan, texnikadan, toxum və gübrələrdən düzgün və səmərəli istifadə edilsin, dövlət yardımından və kreditlərdən yararlansınlar. Eləcə də, bazarlar bol məhsulla təmin olunsun, əhalinin rifahı yaxşılaşsın.

Bu məqsədlə “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə kəndli-fermerlərin məlumatlandırması” layihəsi çərçivəsində bir çox rayonlarda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri və ziyalılar üçün təlimlər təşkil etmişdir.

Neftçala rayonunda təşkil olunan sonuncu məlumatlandırma tədbiri xüsusilə uğurla keçmişdir. Tədbiri giriş sözü ilə açan Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ramil Salmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, bu sahədə kiçik kəndli-fermer təsərrüfatlarının iriləşdirilməsi yolu ilə uğurlu, stabil və davamlı fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin rolunu qeyd etmişdir. Neftçala rayonunda proqramla bağlı görülən işlər haqqında məlumat verən Ramil Salmanov Kənd Təsərrüfatı Nazirliyinin kooperasiyanin inkişafı ilə bağlı həyata keçirdiyi işləri xüsusi qeyd etmişdir.

R. Salmanov “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsini və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017 2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqini bu işin daha da vüsət almasına təkan verəcəyini bildirmişdir. “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov ölkəmizdə qeyri-neft sektorunun vacib sahəsi olan kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan danışmışdır. O, kooperativ hərəkatının tarixi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində və iş yerlərinin yaradılmasında kooperativlərin rolu və yeri haqqında məlumat vermiş, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, Prezident İlham Əliyevin ortaya qoyduğu siyası iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. H.İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir. O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə  qədərini təmin edir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır. Maliyyə məsələləri üzrə tanınmış ekspert Tofiq Həsənov kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir, kooperativlərin maliyyə təminatı və kreditləşməsi ilə bağlı mexanizmlər haqqında danışmışdır. Fermerlər Muradxan Ağayev, Əbülfəz Ağayev, Səmədağa Səmədov və başqaları rayonda kənd təsərrüfat məhsullarının istehsalı ilə bağlı əldə etdikləri uğurlardan, eləcə də, su, kredit, gübrə, dərman preparatları, toxum və s. bağlı yaranan qarşılaşdıqları problemlərdən danışmışlar. Diskusiya şəraitində keçən tədbirdə rayonda kooperativlərin yaradılması və fəaliyyəti ilə bağlı təkliflər irəli sürülmüşdür. İştirakçılar arasında rəy sorğusu keçirilmişdir. İştirakçılara kənd təsərrüfat kooperativlərinin yaradılması   və fəaliyyəti üçün zəruri olan normativ və metodiki vəsaitlər paylanmışdır.
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Xəbər lenti
07/12/2019 [23:59]:
Sakinlərə həftəsonu və tətillərdə evdə ölmək qadağan edildi
07/12/2019 [22:37]:
Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
07/12/2019 [22:18]:
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
07/12/2019 [21:42]:
Hərbçi üç polisi güllələyib
07/12/2019 [20:51]:
“YUĞ” Teatrında növbəti dəfə “Vəsvəsə” olacaq
07/12/2019 [19:49]:
“Real” bu futbolçu üçün 55 milyonundan keçir
07/12/2019 [18:37]:
Tramp meksikalı narkokartellərin terror təşkilatı olaraq tanınmasını təxirə salıb
07/12/2019 [17:46]:
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
07/12/2019 [17:40]:
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
07/12/2019 [16:52]:
Nazir şəhid övladlarının əllərindən öpdü - Foto
07/12/2019 [16:33]:
Bakı Limanı böyük həcmdə Çin yüklərini qəbul etməyə hazırdır
07/12/2019 [15:44]:
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
07/12/2019 [15:27]:
Azərbaycan taekvondoçusu Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib
07/12/2019 [14:40]:
Neftimiz bahalaşıb
07/12/2019 [14:22]:
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
07/12/2019 [14:21]:
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
07/12/2019 [13:44]:
Türkiyə ABŞ-la yaranmış ziddiyyətləri aradan qaldırmaqda maraqlıdır
07/12/2019 [13:18]:
Rusiyanın Ermənistandakı hərbi bazasının bəzi məlumatları məxfi saxlanılır
07/12/2019 [12:50]:
Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
07/12/2019 [12:12]:
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
07/12/2019 [11:48]:
Çin ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb
07/12/2019 [11:21]:
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq
07/12/2019 [10:43]:
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
07/12/2019 [10:40]:
AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlanıb
07/12/2019 [10:00]:
Hesablama Palatası DSMF-də yoxlama aparıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
“Azəriqaz”da yeni təyinat olub
Gənclərlə bağlı layihə yekunlaşdı
İş və istirahət günlərinin yeri dəyişdirilib
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Ançelotti gələn həftə qovula bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin