Səfirlik: Azərbaycan BƏƏ-yə meyvə-tərəvəz ixrac edir

27/06/2019 [15:48] - İqtisadiyyat (305)



“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan böyük həvəs və inamla qarşılıqlı olaraq iqtisadi sahədə əməkdaşlığın genişlənməsi naminə ticarət və investisiya imkanları yaratmaq üzərində çalışır”. 

İstiqlal.az xəbər verir ki, bu fikirləri BƏƏ-nin Azərbaycandakı Missiya rəhbərinin müavini  Abdalla Alşamsi ölkələrimiz arasındakı ticari əlaqələri şərh edərkən bildirib. A.Alşamsi deyib ki,  2011-ci ildə BƏƏ Azərbaycanda  səfirliyini açdıqdan sonra bu münasibətlər daha da sıx olub: “Əməkdaşlıq davamlı yolla inkişaf edib. Azərbaycan,  BƏƏ-yə əsasən meyvə, meyvə şirələri, qoz-fındıq, qida və metal məhsullar, BƏƏ isə Azərbaycana, elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları ixrac edir.   Əlavə olaraq, polietilen polimer, mebel, maşın hissələri də, həmçinin, BƏƏ-nin Azərbaycana ixracatları sırasındadır. 

A. Alşamsi bildirib ki, qarşılıqlı rəsmi səfərlər və görüşlər  iqtisadi əməkdaşlığa dair müzakirələrə və doqquz mühüm sahə üzrə gələcək əməkdaşlıq qurmağa yol açıb ki, bura kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, ətraf mühit, su, kommunikasiya, müasir texnologiya və hava nəqliyyatı daxildir: “Ən önəmli görüşlərdən biri  hökumətlər arasında 2017-ci il aprel ayında BƏƏ-Azərbaycan Birgə İqtisadi Komitənin 6-cı sessiyasında baş tutub və ən mühüm layihə təşəbbüsləri məhz bu görüşdə razılaşdırılıb. Belə layihələrdən digəri DP World Şirkəti,  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Bakı Limanı arasında 2016-cı ildə imzalanan sazişdir. Sənədə əsasən Azərbaycanda Ələt Azad Ticarət Zonası yaradılırdı. Bu əməkdaşlıq BƏƏ və Azərbaycan arasında ən uğurlu layihələrdən biri hesab olunur”.  

Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk ofisinin məhz Bakıda açması da BƏƏ və Azərbaycan arasındakı əməkdaşlığın digər əsas məqamlarındandır. Bu ilin yanvarında Dubayda Azərbaycan Ticarət Evi açılıb.  Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artıracaq.  Burada 600-dan artıq Azərbaycan məhsulu var. Rəqəmlər həm də 2017-ci il ilə müqayisədə 2018-ci ildə ikitərəfli ticarət dövrüyyəsinin 50.8 faiz artaraq, böyük potensiallı ikitərəfli əlaqələrin mövcudluğunu təsdiq edib.   

İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin