Fuad Nağıyev: Turizmi qanunla tənzimləyən işlək mexanizmlər hazırlanacaq

27/06/2019 [14:04] - İqtisadiyyat (445)



“Son illər turizm sahəsində xeyli işlər görülüb. Mövcud problemlərin aradan qaldırılması, turizmin inkişaf etdirilməsi kimi məsuliyyətli vəzifə Azərbaycan Turizm Agentliyinin üzərindədir”. 

İstiqlal.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təqdimat mərasimində deyib. F.Nağıyev əlavə edib ki, lisenziyaların ləğvi turizm sənayesində canlanma yaratsa da, bundan sui-istifadə edənlər də olub. Bu da  bütövlükdə ölkə turizminin imicinin zədələnməsinə səbəb olub. Agentlik rəhbərinin fikrincə, bəzi hallarda  hər kəs turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilməsi üçün çalışır: “Turizm kompleks xidmət sahəsidir, inkişafı da xidmət sferasının keyfiyyətindən və inkişaf səviyyəsindən asılıdır.  Yaradılan Azərbaycan Turizm Agentlikləri Assosasiyası mövcud potensialı inkişaf etdirmək, xidmət sahəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan güclü platforma rolunu oynayacaq. Müəyyən problemlər də mövcuddur və bunların həlli istiqamətində işlər görülür. Turizm şirkətlərinin fəaliyyətinə nəzarət mexanizmlərinə yenidən baxmaq zərurəti yaranıb. Azərbaycan Turizm Agentliyi bunun üçün dövlət reyestrinin yaradılması üzərində çalışır. Burada turizm şirkətlərinin marağı nəzərə alınacaq, qanunla tənzimlənən işlək mexanizmlər hazırlanacaq. Kiçik və orta biznesin inkişafı üçün turizm sahəsində investisiya qoyuluşlarını stimullaşdırmağa çalışırıq. İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsi əsas hədəflərdəndir”. Onun sözlərinə görə, turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, onların ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. Turizm Agentliyi dövlət və özəl biznes əməkdaşlığını əsas tutaraq biznes qurumlarla münasibətlərin inkişafında maraqlıdır: “Biz sağlam rəqabət mühitinin tərəfdarıyıq, ictimai təşəbbüsləri dəstəkləyirik. Hesab edirik ki, ictimai nəzarət və birgə fəaliyyət bazar üçün önəmlidir”.

Agentliyin aparat rəhbəri Kənan Qasımov çıxışında deyib ki, Azərbaycanda turizm polisi yaradılacaq. K.Qasımov bildirib ki, turistlər getdikləri ölkələrdə hər hansı bir problem yaşayırsa, onların problemlərini daha çevik dinləməsi və yardım edilməsi üçün müraciət edəcəkləri bir qurum, bir şəxs axtarırlar: “Turizm polisi bunlardan biridir. Adının polis kimi səsləndirilməsi bir qədər çaşqınlıq yarada bilər. Amma bunlar turistlərə kömək göstərən şəxlərdir. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən narahatlıq, çətinlik müşahidə etdiyi zaman bu xidmətlərdən istifadə edə biləcək. Turistlər üçün “qaynar xətt” yaradılması düşünülür”.

ATAA-nın sədri Rüfət Hacıyev təşkilatın turizm agentliklərinin maraqlarını təmsil edərək dövlət-sektor əməkdaşlığının təşviqinə xidmət edəcəyini qeyd edib, görüləcək işlər, məqsədlər və gələcək fəaliyyət haqqında məlumat verib.  Bildirib ki, Assosiasiya ölkədə turizm agentliklərinin fəaliyyətinə dəstək olmaq, mövcud çatışmazlıqları aradan qaldıraraq birgə inkişafa nail olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədini daşıyır. 
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
Xəbər lenti
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
30/10/2020 [20:43]:
Noyabr ayının hava proqnozu açıqlanıb
30/10/2020 [19:54]:
İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi
30/10/2020 [19:15]:
Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”
30/10/2020 [19:06]:
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin