“Yer üzündə Putinin də qorxduğu bir adam var” - “Die Welt”

27/06/2019 [10:21] - Dünya (177)



ABŞ-la ticarət müharibəsi Çinin Rusiyaya olan məhəbbətini yenidən alovlandırıb.

“Lakin artıq onların bərabər partnyor olduğunu söyləmək mümkün deyil. Hazırda asiyalılar rusları gücünə görə qat-qat üstələyirlər. İndi rus xalqı içində əsrlərdən bu yana qalan qorxu hökm sürür”,-deyə Almaniyanın “Die Welt” qəzeti yazır.

Müəllif Eduard Ştayner iki ölkə arasındakı iqtisadi əməkdaşlığın dinamikasının ildən ilə artdığını bildirir: “Çinin Rusiyanın ticarət dövriyyəsindəki payı son 5 ildə iki dəfə artıb və artıq Pekin Almaniyanı liderlikdən sıxışdırıb çıxarmağı bacarıb.Hazırda iki ölkə arasındakı ümumi ticarət həcmi 108 milyar dollar təşkil edir”.

E.Ştayner hələ 2004-cü ildən başlayaraq Asiyanın iki ən böyük dövləti arasındakı iqtisadi münasibətlərin gücləndiyinə diqqət çəkir.

Həmin il Çin Rusiyadan aldığı 48,6 milyon ton neftə görə Rusiyaya 6 milyard dollar pul ödəmişdi. 2014-cü ildə Krımın işğalı ilə əlaqədar Qərbin Rusiyaya sanksiyalar təklif etməsindən Çin məharətlə yararlanıb və ümumi məbləği 400 milyard dollar olan 30 illik qaz müqaviləsi imzalayıb.

“Artıq Çinin ABŞ-la ticarət mübahisəsində Moskva ilə birlikdə vahid düşməni var,”-deyə məqalədə qeyd olunur.

Müəllifin yazdığına əsasən, Rusiya Qərbi potensial investor kim itirdikdən sonra Çinə daha çox ehtiyac hiss eləməyə başlaması Pekini əlinə yaxşı fürsət verib. Çin indi şimal qonşusu ilə danışıqlarda iqtisadi maraqlarını maksimum şəkildə təmin etdirməklə bərabər, müzakirələrdə sərt mövqe sərgiləməkdən çəkinmir və istədiyi bütün yağlı tikələri qopara bilir.

“Rusiya xalqı isə qonşusuna hələ də güvənmir və şübhə ilə yanaşır. Əsas qorxulardan biri milyonlarla çinlinin Rusiyanın şərqindəki torpaqları ələ keçirməsi ilə bağlıdır. Bu qorxunun kökləri 1237-1480-cı illərdə ölkədə hakim olmuş monqol-tatar zülmünə gedib çıxır”,-deyə yazıda göstərilib.

E.Ştayner Rusiya rəhbərliyinin Çinlə münasibətlərində bir detalın gözdən qaçmadığını ifadə edir.

“Çin prezidenti Vladimir Putinin ələ salaraq zarafatlaşmadığı yeganə ölkə lideridir. Çünki Putin bilir ki Si Tzinpin təhqirə göz yuman adam deyil. Bunu Moskva və Pekinin diplomatları da təsdiqləyirlər. Üstəlik Qərb rəhbərləri ilə görüşə hər zaman gecikən və onları ən az 1 saat gözləməyə məcbur edən Kreml sahibi çinli həmkarı ilə bütün görüşlərə vaxtında gəlir. Əgər Putin də ondan bu qədər qorxursa o zaman Tanrı bizi qorusun”, deyə məqalənin sonunda yazılıb(musavat.com).
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
20/11/2019 [22:47]:
Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var
20/11/2019 [20:50]:
Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"
20/11/2019 [19:22]:
60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu
20/11/2019 [18:37]:
Çində nəhəng külək generatoru hazırlanıb
20/11/2019 [18:32]:
Mehriban Əliyeva Rusiyaya səfər edib
20/11/2019 [17:55]:
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
20/11/2019 [17:42]:
Apple ilin 3-cü rübünə olan gəlirini açıqladı
20/11/2019 [16:22]:
PKK Suriyada məktəbi bombaladı
20/11/2019 [16:00]:
Şəhərin bərpa-təmir işlərinə 65 milyon avro ayrılacaq
20/11/2019 [15:40]:
Prezident: "Ölkə ərazisində İŞİD terrorçuları tamamilə məhv edilib"
20/11/2019 [15:25]:
Azərbaycanda ölüm səviyyəsi azalıb
20/11/2019 [14:47]:
Müəllif hüquqlarını pozan sayt sahibi 400 min avro cərimələndi
20/11/2019 [14:19]:
Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub
20/11/2019 [13:48]:
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:44]:
Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:43]:
Beynəlxalq Diplomatik Xeyriyyə Bazarında Azərbaycan da təmsil olunacaq
20/11/2019 [13:23]:
Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 3% artıb
20/11/2019 [12:50]:
Mikayıl Cabbarova yeni vəzifə verilib
20/11/2019 [12:40]:
İran ölkəyə istənilən hücumun qarşısını almağa hazır olduğunu bəyan edib
20/11/2019 [12:22]:
“Yuventus” Bonuççi ilə yeni müqavilə imzalayıb
20/11/2019 [11:44]:
Əhalinin sayı açıqlanıb
20/11/2019 [11:15]:
Qasırğa 5400 insanı evindən etdi
20/11/2019 [10:34]:
Sədr: "Yaşıl dəhliz" sisteminin tətbiqi biznesin inkişafına münbit şərait yaradıb"
20/11/2019 [10:00]:
Azərbaycan yığması Qazaxıstana uduzub
19/11/2019 [23:59]:
Qrizmann Messiyə görə "Barselona"dan ayrılmaq istəyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin