Biz dəyişirik ki, həyatları dəyişək!

22/06/2019 [20:29] - İqtisadiyyat (117)



Azercell yeni brend kimliyini açıqladı



 

Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan Azercell iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.

Tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır.  “Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. Azercell olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” – deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.

Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.

Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin Azercell, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.

Yeni dövrdə Azercell-in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran Azercell bundan sonra da, ən son trendlərə uyğun  məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!

Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
12/11/2019 [22:37]:
Dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib
12/11/2019 [21:23]:
Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək
12/11/2019 [20:45]:
Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər
12/11/2019 [19:24]:
Sabiq nazir Sloveniyada saxlanılıb
12/11/2019 [18:35]:
Ankarada Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub
12/11/2019 [17:50]:
Patriarx Kirill Azərbaycana səfər edəcək
12/11/2019 [17:22]:
Mali ordusu İŞİD terroçularına hücum edib
12/11/2019 [16:38]:
Güclü qar səbəbindən 900-dən çox təyyarə reysi ləğv edilib
12/11/2019 [16:00]:
Üç Balkan ölkəsinin rəhbərləri vahid bazar yaratmaq niyyətindədirlər
12/11/2019 [15:59]:
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12/11/2019 [15:53]:
Pivə ilə gedər…
12/11/2019 [15:49]:
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12/11/2019 [15:25]:
Azərbaycan millisi ilə oyunda qələbəyə görə 50 min avro mükafat təyin olunub
12/11/2019 [14:27]:
Ukraynada İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunub
12/11/2019 [13:51]:
Bakıda tələbələrin kartından külli miqdarda pul oğurlanıb
12/11/2019 [13:19]:
Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb
12/11/2019 [13:03]:
Xətaiyə yeni icra başçısı təyin edildi
12/11/2019 [12:56]:
Prezident Yasamalın icra başçısını vəzifəsindən azad etdi
12/11/2019 [12:48]:
Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb
12/11/2019 [12:43]:
Prezident Zərdab rayonunun icra başçısını dəyişdi – SƏRƏNCAM
12/11/2019 [12:32]:
Sirvan şəhərinə yeni icra başçısı təyin edildi – SƏRƏNCAM
12/11/2019 [12:22]:
Elmi təcrübə məqsədilə kosmosa çaxır göndərilib
12/11/2019 [12:00]:
Pivə ilə gedər…
12/11/2019 [11:37]:
Şəhriyar sonuncu oldu
12/11/2019 [11:16]:
Fransada güclü zəlzələ olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağla bağlı yeni təşkilat - "Kəlbəcər yolu"
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Problemli kreditlərlə bağlı çoxsaylı boşluqlara yol verilib - rəsmi rəy
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin