Nadir şaha həsr olunmuş beynəlxalq elmi konfrans yekunlaşıb

23/06/2019 [14:48] - Mədəniyyət (276)



“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb.

AMEA-nın Tarix İnstitutundan "Report"a verilən məlumata görə, konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Konfransın bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar, professor Ədalət Tahirzadə və başqaları çıxış ediblər.

Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqının tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır: “Nadir şahı Makedoniyalı İskəndər, Əmir Teymur, Uzun Həsən və Napoleon Bonapartla müqayisə edirlər. Onun soykökü barədə uydurmalar irəli sürülmüş və çoxları bu böyük şəxsiyyətə sahib çıxmağa cəhd göstərmişlər”.

Akademik deyib ki, Ali Baş Komandan İlham Əliyev bir sərkərdə kimi daim əsgərlərinin yanındadır: “Ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm”.

Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya qeyd edib ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir: “O, qurduğu Əfşar imperiyasını dünyəvi dövlətə çevirmək istəyirdi. Məzhəb ayrılığına son qoymağa çalışırdı. Dəbdəbəli saray həyatını sevmirdi”.

Bildirilib ki, tarixi şəxsiyyətlərimizin, o cümlədən Nadir şahın dünya ictimaiyyətinə tanıdılması çox mühümdür. Konfransda yeni çap olunmuş “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı kitabın xarici dillərdə nəşri qərara alınıb. Tarix İnstitutu Dünya Avşarlar Dərnəyinin kitabxanasına 200-dən çox kitab hədiyyə edib.

Beynəlxalq konfrans “Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda”, “Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi”, “Nadir şah Əfşarın daxili siyasəti” və “Nadir şah Əfşarın xarici siyasəti” bölmələrində fəaliyyət göstərib. Məruzəçilərə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
Naxçıvanda yenidən zəlzələ olub
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Xəbər lenti
23/01/2021 [23:42]:
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
23/01/2021 [22:16]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox oub
23/01/2021 [21:18]:
Naxçıvanda yenidən zəlzələ olub
23/01/2021 [20:09]:
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib
23/01/2021 [19:27]:
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
23/01/2021 [18:54]:
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
23/01/2021 [17:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:38]:
SOCAR-da struktur dəyişikliyi - yenilənib
23/01/2021 [15:15]:
2783 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub - rəsmi
23/01/2021 [14:41]:
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa səfər edəcək
23/01/2021 [13:36]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [12:23]:
Qarabağda daha 5 erməni hərbçisinin qalıqları tapıldı
23/01/2021 [11:12]:
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23/01/2021 [09:56]:
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb
23/01/2021 [00:22]:
Yaponiya səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda qadın itkin düşüb
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin