“Multikultural Azərbaycan” (multikultural.az) saytı yaradılır

21/06/2019 [12:24] - Mədəniyyət (347)



“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasına başlayıb. 

İB-dən Azadinform-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu yaradılacaq.

“Multikultural Azərbaycan” (multikultural.az) internet resursu mədəni müxtəlifliyin təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək: 

- Mədəni müxtəlifliyin təbliği istiqamətində yerli və beynəlxalq statuslu tədbirlər barədə davamlı informasiyalar yayacaq: 

- Ümumdünya Mədəniyyətlərarası Forum, Bakı Beynəlxalq Humanitar Forum və “Bakı  prosesi” çərçivəsində həyata keçirilən tədbirlər təhlil olunacaq; 

- Müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işləri ictimailəşdirəcək. 

- Multikultural.az internet resursunda Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsinə çalışılacaq;

- Layihə müddətində və ondan sonrakı dövrdə milli azlıqların mədəniyyətləri hərtərəfli təbliğ olunacaq.

Eyni zamanda müasir informasiya texnologiyaları (internet saytlar) vasitəsilə Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasət təbliğ olunacaq.  Bu zaman sabit birgəyaşayış üçün digər xalqların mədəni dəyərlərinə hörmət aşılanacaq. Müstəqillikdən sonra dövlətin bu sahədə gördüyü işlər araşdırılacaq, Mədəniyyət Nazirliyinin mədəni müxtəlifliyin təbliğindəki rolu ictimailəşdiriləcək.

Layihə çərçivəsində həmçinin milli azlıqların informasiya texnologiyalarından istifadə imkanları öyrəniləcək. Azərbaycan mətbuatında multikultural ənənələr araşdırılacaq və saytda yerləşdiriləcək. Həmçinin müstəqillik illərində milli azlıqların yaratdığı yazılı və elektron media resurslarının statistikası aparılacaq, mədəni müxtəlifliyin təbliğindəki rolları öyrəniləcək. 

Həmçinin azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılacaq.  Müstəqillik illərində həmin mədəni qruplara sözügedən sahədə göstərilən dövlət dəstəyi araşdırılacaq, monitorinqin nəticələri multikultural.az saytı vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. 

Qeyd edək ki, sentyabrın sonunda “Multikultural Azərbaycan” (multikultural.az) internet resursunun təqdimatı keçiriləcək.  Mərasimdə milli azlıqların nümayəndələri, bu sahə ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarının əməkdaşları, jurnalistlər iştirak edəcək.
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
Naxçıvanda yenidən zəlzələ olub
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
SOCAR-da struktur dəyişikliyi - yenilənib
Xəbər lenti
23/01/2021 [23:42]:
İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır
23/01/2021 [22:16]:
Azərbaycanın Çindən idxalı ötən il 1,4 mlrd. dollardan çox oub
23/01/2021 [21:18]:
Naxçıvanda yenidən zəlzələ olub
23/01/2021 [20:09]:
Azərbaycanın aparıcı broyler müəssisəsi iflas edib
23/01/2021 [19:27]:
Moskvada mitinq qarşıdurmaya çevrilib - Saxlanılanlar var
23/01/2021 [18:54]:
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
23/01/2021 [17:41]:
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
23/01/2021 [16:38]:
SOCAR-da struktur dəyişikliyi - yenilənib
23/01/2021 [15:15]:
2783 şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin olunub - rəsmi
23/01/2021 [14:41]:
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyası ilə əlaqədar Strasburqa səfər edəcək
23/01/2021 [13:36]:
“Qalatasaray”ın yeni transferi İstanbula gəlib
23/01/2021 [12:23]:
Qarabağda daha 5 erməni hərbçisinin qalıqları tapıldı
23/01/2021 [11:12]:
Ermənistanda Rusiya hərbçisi diri-diri yandı
23/01/2021 [09:56]:
Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb
23/01/2021 [00:22]:
Yaponiya səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda qadın itkin düşüb
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Yanvarın 21-ə hava proqnozu
SOCAR-da struktur dəyişikliyi - yenilənib
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin