Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir

19/06/2019 [21:27] - Siyasət (255)



Yaponiyanın yeni 126-cı İmperatoru Naruhitonun taxta çıxması münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. 

İstiqlal.az xəbər verir ki, səfir Teruyuki Katori çıxış edərək ölkəsinin imperatorluq tarixindən, 30 il İmperator olan 85 yaşlı Akihitonun fəaliyyətindən söz açıb. Səfir bildirib ki, Əlahəzrət İmperator Akihito taxt-taxtdan imtina edib və mayın 1-də vəliəhd şahzadə Naruhito 126-cı imperator elan olunub. Onun ardıcıllığı ilə dövrün adı Heiseyden Reivaya dəyişib və yeni dövr başlayıb: 
“Yaponiyadakı İmperator ailəsi dünyanın ən uzunömürlü irsi monarxiyası sayılır. 1989-cu ildə taxta çıxan əvvəlki İmperator Akihito 28 ölkəyə səfər edərək özünü xarici ölkələrdə xoş niyyətli əlaqələrin gücləndirilməsinə həsr edib”.

Azərbaycanla əlaqələrə toxunan diplomat, 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfər etdiyi zaman Əlahəzrətlə İmperator sarayında görüşdüyünü vurğulayıb. Səfir deyib ki, ölkələrimiz arasındakı ikitərəfli əlaqələr ötən dövr ərzində davamlı şəkildə inkişaf edib. 

Teruyuki Katori Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana səfərinə toxunaraq deyib ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Yaponiya və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dair səmərəli müzakirələr aparılıb: “Yaponiya hökuməti Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı daha da dərinləşib. Enerji sahəsində əlaqələr daha çox inkişaf edib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedən, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.  Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır”. Səfir daha sonra bildirib ki, Yaponiyada yeni İmperatorun taxta çıxması münasibətilə oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət ediləcək. 

Azərbaycan hökuməti adından əlamətdar gün münasibəti ilə “Gündoğar ölkə”nin xalqını təbrik edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlıq imkanlarını öyrənməyə hazır olduğunu deyib. 2010-cu ildə Tokioda imzalanan əməkdaşlıq müqaviləsini xatırladan nazir bildirib ki, iki ölkə arasında münasibətlərdə dinamika müşahidə edilir, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Ölkələrimiz arasında siyasi etimadın mövcud olduğunu, Yaponiyanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına öz töhfəsini verdiyini vurğulayan M.Babayev Azərbaycanda həyata keçirdiyi layihələrə görə Yaponiya hökumətinə təşəkkür edib: “Azərbaycan Yaponiya ilə iqtisadi, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində əməkdaşlıqda maraqlıdır. Yaponiya Azərbaycana investisiya yatıran ölkələrindən biridir. Yaponiya ölkəmizdə elm, mədəniyyət və turizm sahələrinin inkişafına kömək göstərir”.
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
18/10/2019 [20:44]:
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin