Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil

19/06/2019 [14:26] - Gündəm (270)



Məlum olduğu kimi, prezident İlham Əliyev minimum aylıq əmək haqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən,  2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Beləliklə, son 6 ayda artıq ikinci dəfədir minimum əmək haqqı artırılır. İlin əvvəlində bu göstərici 130 manat idi, martın 1-dən 180 manat oldu. Yəni son 6 ayda minimum əməkhaqqı 93 faiz artıb. Təbii ki, təqdirəlayiq haldır və sosial mühitin yaxşılaşdırılmasına xidmət edir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Bir qədər öncə Maliyyə Nazirliyi ilin birinci rübündə büdcənin gəlir və xərclər üzrə proqnozların icra vəziyyətini açıqlamışdı.

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri  5 milyard 440 milyon  manat, xərcləri isə 5 milyard 40 milyon manat olub. Bununla da, ilin ilk 3 ayında büdcədə 403,8 milyon manat profisit (gəlirlərin xərcləri üstələməsi) yaranmışdır.

Gəlirlərin strukturunun təhlili maraqlıdır. Birinci rübdə büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqaisədə 876 milyon manat və yaxud 18 faiz artıb. Gəlirlərin 1 milyard 673 milyon manatını Vergilər Nazirliyi yığıb. Vergi yığımları ötən illə müqayisədə 236 milyon manat  və ya 17 faiz artıb. Vergi yığımlarında qeyri-neft sektorunun payının 70 faizə yaxınlaşmasını da müsbət tendensiya kimi dəyərləndirmək olar.

Gömrük Komitəsinin yığımları isə rekord həddə qədər artıb 287 milyon manat və yaxud 40 faiz. Hər iki mənbə üzrə gəlirlərin artımı vergi-gömrük sistemində qeydiyyat sisteminin təkmilləşdirilməsi və gizli iqtisadiyyatın leqallaşdırılması il bağlıdır. Təbii ki, dövlət büdcəsinin qeyri-neft sektorunda sabit maliyyə qaynaqlarının artması yaxşı əlamətdir. Ancaq təəssüf ki, gizli iqtisadiyyatın  əhəmiyyətli dərəcədə azaltmaq hələ mümkün olmayıb. Vergi və gömrük yığımlarındakı artımlar bu gizli potensialın yalnız bir hissəsir.

Təbii ki, prosesin artıq başlanması özü müsbət haldır ilkin nəticələr də pis deyil. Gizli iqtisadiyyatın leqallaşması hesabına birinci rübdə ötən ilin eyni dövrü ilə müqyisədə 523 milyon manat (Vergilər Nazirliyi üzrə 236, Gömrük Komitəsi üzrə 287 milyon manat) çox vəsait yığılb, 403,8 manat profisit yaranıb. Bu artımlar artıq sosial layihələrin maliyyələşdirilməsini dəstəkləyir. Minimum əmək haqqının 250 manata qaldırılması da bu qəbildən olan sosial layihələrdən biridir.

Qadir İBRAHİMLİ

Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin