Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq

19/06/2019 [00:48] - Gündəm (262)



Son zamanlar Türkiyəli soydaşlarımız – İstanbuldakı “Haberleşme” şirkətinin işlətmə müdürü, kolleksiyoner Özgür Honça, araşdırmaçı yazar, “Nuri Kıllıgil” kitabının müəllifi Atilla Oral ve həvəskar arxivçi Sərhəd Cəmil Küçük bəylərin sifarişi və dəstəkləriylə “Euro Souvenir Bank” layihəsi çərçivəsində Fransanın “Oberthur” mətbəəsində çap edilən, üzərində Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Bakının erməni işğalindan azad edilməsində danılmaz xidmətləri olan Qafqaz İslam Ordusunun komandiri Nuri Paşa Kıllıgilin resimləri əks olunan hədiyyəlik avro ətrafında sosiyal mediyada bir sıra xoşagəlməz söz-söhbətlər dolaşmaqdadır. Və təbii ki, bu da danılmaz zəhmət sayəsində ərsəyə gələn bu möhtəşəm işin müəlliflərini və bizi narahat edir. Bu anlaşılmazlıqlara açıqlama gətirmək üçün Özgür Honça bəylə görüşüb ətraflı bilgi verməsini rica etdim.

- Özgür bəy, ilk sualım, bu hədiyyəlik pulu çap etdirmək fikri necə oldu gerçəkləşdi?

Öncə bildirim ki, Avropa Mərkəz Bankının hədiyyəlik pulları çap etmək üçün lisenziya verdiyi EBM (Euro Banknote Memory) çatısı altında “Euro Banknote Souveniur” lisenziyasına sahib olduğumuz üçün bu işi biz başlatdıq. İlk Gazi Mustafa Kamal Atatürk, sonra Fateh Sultan Mehmet və digər dövlət böyüklərimizin hədiyyəlik avro üzərində şəkilini çap etdirdik, sonra ikinci vətənimiz olan Kıbrıs proyektimizi gerçəkləşdirdik, daha sonra isə qardaş Azərbaycanı düşündük və qərara gəldik ki, tarix yaradan iki dəyərli isim var Məhəmməd Əmin Rəsulzadə ilə Nuri Paşa Kıllıgil. Biz də bir Türk sevdalısı olaraq bu fədakar insanları belə bir şəkildə dəyərləndirmək istədik və bundan qürur duyuruq. Ümid edirəm ki, Azərbaycan xalqı da bunu böyük sevinclə qarşılayıb, bizi təqdirlərinə layiq görəcəklər.

Özgür bəy, mən bir jurnalist olaraq gündəlik xəbərləri ətraflı izləmək baxımından həm də aktiv sosiyal mediya istifadəçisiyəm. Son günlərdə sosiyal mediyada fərqli fikirlərə rast gəldim, doğrusu bunlar məni çox üzdü, əslində bir Azərbaycan Türkü olaraq hər birimizin sizə təşəkkür etməmiz gərəkdiyi halda “bu pul saxtadır”, “ nədən üzərində 0 yazıb, bizi Avropada dəyərsizləşdiriblər”, “heç olmasa sonsuzluq işarəsi və yaxud 1 rəqəmi yazılsaydı” və sairə kimi ürək açmayan yorumlar yazılmaqdadır. Bütün bunlara necə aydınlıq gətirərdiz?

Bəli, çox üzülərək qeyd etmək istəyirəm ki, bu yorumların bəzilərini mən də oxudum, amma təbii ki, bu bütünlükdə Azərbaycan xalqının fikri deyil. Çox sağ olun ki, bu sualı verdiniz, açıqlamamla qaranlıq məqamlara aydınlıq gətirəcəyimi düşünürəm: ” Biz Avropa Mərkəz Bankının (AMB) lisenziya verdiyi “Euro Souvenir Bank”ın Türkiyədəki fəaliyyətlərini həyata keçirdirik, yəni rəsmi təmsilçisiyik. Bu pullar Avropa Mərkəz Bankının yetki verdiyi banklarda çap olunur və biz də bu hədiyyəlik pulları gerçək avronun çap edildiği  Fransadakı “Obertur” mətbəəsində çap etdirmişik. Onu da qeyd edim ki, Avropa Mərkəz Bankı öz arzusuyla bu pulu çap etdirməyib, onun nəyinə lazımdır Atatürk, Rəsulzadə üçün xatirə pul çap etsin, belə bir səlahiyyəti də yoxdur, o ancaq pul siyasətini yürüdür, tədavülə pul buraxır, təbii ki bunu biz onlara sifariş vermişik, belə söyləyim “Euro Souvenir Bank” bir fransız sahibkar Richard Faille tərəfindən  2015-ci ildə qurulub və Avropa Mərkəz Bankı ilə bir sözləşmə imzalayıb, bu fəaliyyət haqqını qazanıb və bizə də lisenziyanı məhz o verib, biz də xatirə pulları AMB-nın lisenziya verdiyi gerçək avro mətbəəsində çap etdiririk.

Bir də pulun üzərindəki rəqəm məsələsinə də qısaca aydınlıq gətimək istəyirəm. Belə deyim, bizim 5 qəpiyin və yaxud 100 lirənin üzərində Atatürkün şəkli var, bu o deməkdir ki, Atatürkün dəyəri 5 qəpik və yaxud 100 lirədir?  Nə qədər yanlış bir düşüncədir və bu bizi çox üzər. Öncəliklə bildirim ki, bu bankın dəyişməz qanunudur, xatirə pulun üzərində rəqəm yazılmaz – rəqəm olursa istifadə üçün yararlıdır anlamına gəlir, sonsuzluq işarəsi və yaxud hər hansı bir rəqəm yazılmasına da icazə verilmir. Məncə də rəqəm yazılsaydı bu şəxsiyyətləri kiçiltmiş olurduq, “0”ın anlamı keçərsiz deməkdir, yəni tədavülə buraxılmaz, alış-veriş edilməz, belə yazılması en doğrusu, çünkü bu şəxsiyyətlər pul ilə ölçülməz.

- Özgür bəy, bu xatirə pul Azərbaycana nə vaxt göndəriləcək, bunu almaq istəyən çox insan var, səbirsizliklə gözləyirlər, bir də qiyməti bəllidirmi?

- Bununla əlaqədar işləri bu gündən etibarən daha da sürətləndirməyə başladıq. Təxmin edirəm maksimum 8 həftəyə, bəlkə də daha erkən ola bilər. Qiyməti ilə ilgili onu deyim ki, bir qəlib hazırlayacağıq, arxasında Rəsulzadə və Nuri Paşa haqqında qısa önəmli bilgilər və içərsində xatirə avro, toplam qiyməti Türk lirəsi qarşılığı 50 lirədir. İzninizlə məni çox üzən bir məqama da toxunmaq istəyirəm, “mən bu xatirə pulu qazanc əldə etmək üçün çap etdirirəm” kimi bəzi yorumlar da oxudum, inanın içimdəki bu boyda Azərbaycan sevgisiylə gördüyüm işi bəziləri belə qiymətləndirəndə çox üzülürəm. Öncəliklə mən böyük bir şirkətin müdürüyəm, ehtiyac içində olan biri deyiləm, sonra da məqsədim pul qazanmaq olsaydı, bilirsiniz ki, Mövlanə Türkiyədə və eləcə də dünyanın bir çox yerində sevilir, onun şəklini çap etdirib daha çox pul qazanardım. Doğrudur, mən bir sahibkaram, amma bu mənim mənəvi ehtiyacımdır, mən pulu başqa cür də qazanıram. Sizə bir müjdə də verim və ilk dəfə bunu “Türküstan Mediya Qrupu”na açıqlayıram, növbəti çap edəcəyimiz xatirə avronun üzərində Azərbaycanın Milli Azadlıq Mücadiləsinin Lideri rəhmətlik Əbülfəz Elçibəyin şəkli olacaq və Allahın izniylə bunu 18 Oktyabr Azərbaycanın Müstəqillik Günündə Azərbaycan xalqına hədiyyə edəcəyik və inanıram ki, buna çox sevinəcəklər. Sonda bir daha deyirəm, biz Azərbaycan xalqını çox sevirik və onlar üçün gördüyümüz bu işlərdən həm zövq alırıq, həm də qürur duyuruq.

P.S. Özgür bəy müsahibəyə gəldiyi zaman üzərində Atatürkün şəkli olan xatirə avronu mənə hədiyyə etdiyi üçün çox təşəkkür edirəm.

Yaqut Misirxanlı,
İstanbul

Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
18/10/2019 [20:44]:
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin