Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu!

18/06/2019 [01:14] - Cəmiyyət (90)



Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi 28-30  iyun 2019-cu il tarixlərində Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu  təşkil edir. 

İstiqlal.az xəbər verir ki. Hakaton əlilliyi olan müxtəlif bacarıqlara malik insanları paytaxt Bakıda bir araya gətirəcək. Hazırda dünya əhalisinin 15 faizdən çoxunu əlilliyi olan insanlar təşkil edir. Azərbaycanda əlilliyi olan insanların sayı 620,000 nəfər, yaxud, əhalinin təxminən 6 faizi nisbətindədir. Onlar 1.3 milyon təqaüdçünün təxminən 30 faizini, eyni zamanda yetkinlik yaşına çatmayan və əlilliyə görə müavinət alanların 60 faizini təşkil edir. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əlilliyi olan insanların ən çox üzləşdikləri çətinliklərə onlara qarşı cəmiyyətdə olan münasibət, fiziki məhdudiyyətlər, sosial faktorlar, əlçatan infrastrukturun, o cümlədən rabitə və nəqliyyat sistemlərinin olmaması habelə qanunvericiliklə bağlı və siyasi dəstəyin kifayət qədər olmaması kimi məqamlar aiddir. Çox vaxtı əlilliyi olan insanlar eyni zamanda bir neçə maneə ilə üzləşirlər. Bu maneələri qeyri-ənənəvi yolla aradan qaldırmaq məqsədilə, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi “UNLIMITED” (“Məhdudiyyətsiz”) konsepsiyası altında ikigünlük İnklüzivlik Hakatonu təşkil edir. 

48 saat fasiləsiz davam edəcək bu tədbirin əsas məqsədi, Azərbaycanda əlilliyi olan insanların təcrübəsində rast gəlinən çətinlikləri göstərərək, bu çətinlikləri aradan qaldırmaq üçün ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanları bir araya gətirməkdən ibarətdir. Həll yolları dedikdə müxtəlif innovative xidmətlər və məhsullar nəzərdə tutulur (məsələn, tətbiqi proqramlar, vebsaytlar, elektron məhsullar).  Əlilliyi olan insanların yaşayışını yaxşılaşdırmaq üçün Hakaton iştirakçıları 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu tərəfindən ideya dizaynının əsaslarını və sirrlərini mənimsəyəcəklər. Proqrama iştirakçı qismində qatılmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri, əlilliyi olan insanlar, texnologiya sahəsinin peşəkarları və yüksək motivasiyası olan gənclər və ümumilikdə həvəsli insanlar dəvət olunur.
Hakaton İncəsənət Muzeyində keçiriləcəkdir (tam ünvan: Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı). 
Daha ətraflı məlumat almaq üçün BMTİP-nin Unlimited veb səhifəsinə nəzər salmaq olar.  Yeni innovativ üsullar və orta və yüksək texnologiyaların tətbiqi vasitəsilə əlilliyi olan insanlara uyğun həll yollarını birgə işləyib hazırlamaq məqsədilə Hakatona qoşulmaq arzusunda olanlardan proqramda iştirak etmək üçün bu ərizə formasını doldurmaqları xahiş olunur.Ərizələrin qəbulu 23 iyun 2019-cu il tarixində Bakı vaxtı ilə 23:59-da başa çatacaq.  

Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
Mərkəzi Bankın şübhəli tenderi
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
"Volvo" 500 min avtomobilini geri çağırır
Erməni əsgərin postda meyiti tapılıb
Xəbər lenti
22/07/2019 [12:02]:
İlham Əliyev jurnalistləri təbrik etdi
22/07/2019 [11:38]:
Çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edildi
22/07/2019 [10:27]:
Gürcüstanda erməni kilsəsi qarət olunub
22/07/2019 [01:27]:
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
22/07/2019 [01:01]:
Mərkəzi Bankın şübhəli tenderi
22/07/2019 [00:00]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21/07/2019 [23:56]:
"Volvo" 500 min avtomobilini geri çağırır
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Vətəndaş mədəniyyətinin təbliği - layihə
166 nəfəri öldürən terrorçu ələ keçdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin