Məcburi köçkün 427 min dollar borc götürüb futbol mərcində uduzdu

16/06/2019 [23:33] - Gündəm (166)



Qumar bir çoxları kimi onun da həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Söhbət Laçın rayon sakini 41 yaşlı Səbuhi Əliyevdən gedir. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa yüklü məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi insanları aldadıb.

Virtualaz.org-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri –  əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: “Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim”.

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: “Taleh mənə hesab kodu verdi. Həmin kodla “bet 365” internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı”.

Zərərçəkmiş qismində dindirilən Heydər Əhmədov ifadəsində Rusiyada yaşayan qohumlarının Bakıda və ya Şəmkirdəki tapşırıqlarını yerinə yetirdiyini, tapşırıqlara şəxsi pullarını xərclədiyini, sonradan öz xeyrini götürdüyünü deyib: “Təxminən 200-250 min dollar vəsaitim olurdu. Bəzi alış-verişlər xarici valyuta ilə olduğundan tez-tez pul mübadiləsi edirdim. Səbuhi ilə 2016-cı ildən valyuta mübadiləsi etməyə başladım. İstənilən pul vahidi lazım olduqda zəng vururdum, özü gətirib çatdırırdı. Bu cür əməliyyatlar mənim üçün də rahat idi. Uşaqlıq dostum İbrahimi Səbuhi ilə tanış etmişdim. İbrahim də onunla işləməyə başlamışdı”.

Zərərçəkmişin ifadəsinə görə, Səbuhi onun etimadını qazanıb. İş o yerə çatıb ki, hətta Səbuhiyə pul verib götürəndə məbləği də saymayıb: “Səbuhi məni iş adamı kimi tanıyırdı. Üstümdə həmişə pul olduğunu bilirdi. 27 dekabr 2017-ci ildə Səbuhi zəng vurub pul mübadiləsi üçün təcili 300 min dollar lazım olduğunu, həmin mübadilədən mənə də xeyir qalacağını dedi. Üstümdə cəmi 217 min dollar vardı, onu verdim. Səbuhi pulu bir günə qaytaracağını, öz xeyrindən 300 manat əlavə verəcəyini dedi”.

H.Əhmədov S.Əliyevlə görüşə gedərkən uşaqlıq dostu İbrahim Vəliyevin də orada olduğunu görüb. Nə üçün gəldiyini soruşduqda İbrahim ona Səbuhiyə 200 min dollar verdiyini deyib. İçərisində 217 min dollar olan torbanı Səbuhiyə verib. Səbuhi pulları saymayıb və maşına oturub oradan uzaqlaşıb. Ertəsi gün isə Səbuhi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Zəng vurdum, operatorun türk dilində telefonun bağlı olmasını deməsini eşidəndə Səbuhinin Türkiyəyə qaçmasını başa düşdüm. Bir neçə dəfə Səbuhi özü türk nömrəsindən zəng vurub şəxsi işləri ilə bağlı İstanbulda olduğunu, pulları götürüb Bakıya gətirəcəyini və borcunu qaytaracağını dedi. Lakin sonradan ona zəng çatmadı. İbrahimlə gedib şikayət ərizəsi yazdıq”.

Məhkəmə prosesi davam edir.
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Müşavirədən daha hansı qənaətlərə gəldik? - Bəhruz Quliyev yazır
İlham Əliyevin qəti və sərt mövqeyi "soyuq duş" effekti yaratdı
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
Xəbər lenti
19/10/2019 [20:32]:
14 marşrut xəttinin hərəkət sxemində edilmiş müvəqqəti dəyişiklik aradan qaldırılıb
19/10/2019 [19:48]:
Radikal müxalifətin ikinci oktyabr iflası
19/10/2019 [18:42]:
Nazirlik: "Aktiv məşğulluq tədbirlərinin miqyası genişləndiriləcək"
19/10/2019 [17:23]:
Axtarışda olan şəxs İran-Azərbaycan sərhədini pozarkən saxlanılıb
19/10/2019 [16:53]:
BMT Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırmasına münasibət bildirib
19/10/2019 [16:33]:
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
19/10/2019 [15:48]:
Neftin qiyməti ucuzlaşır
19/10/2019 [15:22]:
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
19/10/2019 [14:52]:
"Qalatasaray" "Sivasspor"u məğlub edib
19/10/2019 [14:25]:
Çilidə fövqəladə vəziyyət elan edilib
19/10/2019 [13:47]:
Zərif türkiyəli həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib
19/10/2019 [13:20]:
Bakıda 15 yaşlı məktəbli qız itkin düşüb
19/10/2019 [12:53]:
Mətbuat Şurası icazəsiz mitinqlə bağlı jurnalistlərə müraciət edib
19/10/2019 [12:51]:
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
19/10/2019 [12:43]:
Mitinqlə əlaqədar metronun bu stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır
19/10/2019 [12:31]:
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
19/10/2019 [11:43]:
2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi - Gəncədə
19/10/2019 [11:28]:
Ölkədə bu şəxslərə enerji içkilərinin satışı qadağan olunur
19/10/2019 [10:49]:
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
19/10/2019 [10:33]:
Qubada avtomobili yanıb
19/10/2019 [10:00]:
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 22 dəfə
18/10/2019 [23:59]:
Nazir və müavinibölgələrdə vətəndaşları qəbul edəcək
18/10/2019 [22:32]:
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18/10/2019 [21:51]:
Tramp: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"
18/10/2019 [20:44]:
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər
Azərbaycan-İran sərhədində insident - Bir sərhədçimiz yaralanıb
Nazir: "Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb"
Prezident Qazaxıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib
Bakıda Türk Şurası XİN başçılarının görüşü keçirilir
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
Sirli və vahiməli “Razin dağı” - gizli yollar, xəzinə...
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin