Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət olunub

16/06/2019 [12:13] - Gündəm (78)



Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Rusiyanın insan hüquqları üzrə baş müvəkkili-ombudsmanı Tatyana Moskalkovaya müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

O, Fuad Abbasovun indiyədək Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqsində saxlanmasının qanunsuz olduğunu söyləyib: "Fuadın indiyə kimi Korolyovdakı xüsusi məntəqədə saxlanılması tam qanunsuzdur. Məhkəmə qərarı çoxdan qüvvəyə minib. Onu ölkədən deport etməlidirlər. Lakin gördüyünüz kimi etmirlər. Niyə etmədikləri ilə bağlı da müraciətlərimizə cavab vermirlər".
Vəkil bununla bağlı Rusiya ombudsmanı Tatyana Moskalkovaya, Moskva vilayətinin prokuroruna və Rusiyanın Məhkəmə İcraçıları federal Xidmətinin rəhbərinə müarciət etdiyini söyləyib: "Müraciətimdə Fuadın barəsində hansı səbəbdən deport qərarı çıxarılmasının izah edilməsi,  Korolyovdakı məntəqədə qanunsuz saxlanıldığını, əgər barəsində cinayət işi açılıbsa, bu barədə məlumat vermələrini və tez bir zamanda Fuadın Azərbaycana deportasiyasının həyata keçirilməsinin vacibliyini bildirimişəm".

Vəkil Teyyub Şərifov bu gün Fuad Abbasovun səhhətində problemlər yarandığını da söyləyib. Onun sözlərinə görə, bu gün Fuadın səhhəti pisləşib: "Onun üçün təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər Fuadı müayinə ediblər, müalicəsini davam etdirmək üçün xəstəxanaya yerləşdirilməsinin və aclıq aksiyasını dayandırmasının vacibliyini bildiriblər. Lakin Fuad aclıq aksiyasını dayandırmayacağını söyləyib. Artıq bir həftəyə yaxındır ki, Fuad baş verənlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir".

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin