Rasim Quliyev: AXC-Müsavat iqtidarı anarxist hakimiyyət kimi tarixdə qaldı

15/06/2019 [22:51] - Siyasət (98)



"Region" Analitik İnformasiya Mərkəzinin təsisçisi Rasim Quliyevin SOSİUM.az-a müsahibəsi

DOSYE: Rasim Quliyev 1970-ci ildə Şahbuz rayonunda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın I qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. O dövrdə Heydər Əliyevin qatı tərəfdarı olaraq həbs edilib və aclıq aksiyası keçirib. Aksiya o dövrün mediasında – qəzetlərində, radiolarında geniş şəkildə beynəlxalq təşkilatlara çatdırılıb. "Səs" qəzetində Baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı işləyib. 2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərdə 29 saylı Səbail seçki dairəsinin sədri olub. 2001-2019-cu illərdə Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələr tutub, qurumun Aparat rəhbəri olub. Hazırda "Region" Analitik İnformasiya Mərkəzinin təsisçisi və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş məsləhətçidir.

Heydər Əliyev xalqın böyük enerjisini öz enerjisi ilə birləşdirdi

– Bu gün Azərbaycan Milli Qurtuluş gününü qeyd edir. Siz də bu hadisələrin fəal iştirakçısı olmusunuz. Necə xatırlayırsınız o günləri?

– Fürsətdən istifadə edərək, Milli Qurtuluş günü münasibətilə ürəyi Azərbaycan sevgisi ilə döyünən hər bir soydaşımızı təbrik edirəm! Biz bu bu proseslərin canlı şahidi və iştirakçısı olmuşuq. O dövrlər ölkəmizin həyatında çox gərgin və çətin dönəmlər idi. Azərbaycan çox ciddi problemlərlə üz-üzə qalmışdı. Nəinki idarəetmə təcrübəsi, ümumiyyətlə idarəetmə anlayışı olmayan qüvvələr iqtidara daşınmışdı və bu da öz növbəsində, ölkəmizi müxtəlif maraqlı qüvvələrin "poliqonu"na çevirmişdi. Bir tərəfdən ölkə daxilində separatçı qüvvələr baş qaldırmış, digər tərəfdən müharibə vəziyyətində olan Azərbaycan əhəmiyyətli dərəcədə zəifləmişdi. Cənubdan, Şimaldan və digər bölgələrdən separatçı qüvvələr özləri üçün "sərhədlər" cızır və Azərbaycanı parçalamağa çalışırdı. "Talış Muğan Respublikası", "Sadval" və digər separatçı qüvvələr üçün "münbit şərait" yaranmışdı. Gəncədə və digər bölgələrdə "AXC-Müsavat cütlüyü" iqtidarına qarşı qiyam cəhdləri var idi. Bu məqamda haşiyəyə çıxaraq deyim ki, 1992-ci ildə bu qüvvələr hakimiyyətə AXC olaraq gəlsələr də, çox qısa müddət ərzində böyük parçalanmalar oldu və artıq iqtidarı təhvil verəndə "AXC-Müsavat" cütlüyü adlanırdı. Bu artıq hakimiyyət daxilində ciddi ixtilafların olduğunu və yaxın gələcəkdə daxildən inqilabın başlayacağını söyləməyə əsas verirdi. Qəribə vəziyyət yaranmışdı. Sürət Hüseynov Gəncədə qiyama başlamışdı, amma onu Dağlıq Qarabağ məsələsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin etmişdilər. Heç şübhəsiz belə bir vəziyyət Azərbaycanın gələcək taleyini sual altına qoyurdu. Ölkəmiz faktiki olaraq dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı.

– Məhz belə bir məqamda başa düşdülər ki, yeganə çıxış yolu təcrübəli siyasət xadiminin ölkə rəhbərliyinə gətirilməsindən keçir…

– Bəli, o zamanlar mərkəzi hakimiyyət yalnız Bakıdan ibarət idi. Yarıtmaz idarəçilik ölkəmizi elə böhrana sürükləmişdi ki, artıq paytaxtı da əlində saxlaya bilmirdilər. Həmin dövrdə aparılan əməliyyat zamanı məlum olmuşdu ki, "Sadval"çıların Bakıda silah anbarı var. Bu artıq paytaxtda da yeni qiyamın başlayacağına şübhə yeri qoymurdu. Heç şübhəsiz, belə bir vəziyyət təcrübəli, səriştəli siyasət xadiminin, tarixi şəxsiyyətin iqtidara gəlişini qaçılmaz edirdi. Xalqın tələbi idi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlsin. Vaxtilə mənim də çalışdığım "Səs" qəzetində ölkə ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciəti dərc edildi. Ziyalılar Ulu Öndər Heydər Əliyevdən təcili vəziyyətə müdaxilə etməyi xahiş edirdilər. Bilirsiniz ki, "AXC-Müsavat" iqtidarında Ulu Öndər Heydər Əliyevə qarşı qısqanclıq hökm sürürdü. Lakin buna baxmayaraq, onlar xalqın tələbi qarşısında geri çəkildilər. O dövrdə ölkə rəhbərliyində təmsil olunan – Əbülfəz Elçibəy, İsa Qəmbər və Pənah Hüseyn Azərbaycan xalqının tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevi Bakıya dəvət etdilər. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Azərbaycan nəinki daxili təlatümlərdən xilas oldu, regionun lider və həlledici dövlətinə çevrildi. Nəzərə alanda ki, Heydər Əliyev o zamankı iqtidardan dağılmış və parçalanmış Azərbaycanı miras almışdı, hazırda inkişaf edən müstəqil Azərbaycanı məhz Ulu Öndərin şah əsəri adlandırmaq olar. Azərbaycan müstəqillik əldə etmişdi, amma bu müstəqillik yalnız sənəd üzərində idi. Eyni zamanda, hər kəsə bəlli idi ki, Ulu Öndərin müdaxiləsi olmasaydı, Azərbaycan, ümumiyyətlə xəritədən bir dövlət olaraq silinəcəkdi. Heydər Əliyev xalqın böyük enerjisini öz enerjisi ilə birləşdirdi və sözün əsl mənasında, qurtuluşa nail oldu.

Dəfərlərlə məni həbs etdilər, qapalı şəraitdə saxlayırdılar

– Azərbaycan həm də beynəlxalq siyasətə bir model gətirdi: "Azərbaycan modeli"…

– (Sözümüzü kəsir). Bəli, tamamilə düzgün vurğuladınız ki, 1993-cü ildən yürüdülən xarici siyasət kursu ölkəmizin həm böhrandan çıxarılması, həm də inkişafı üçün vacib amillərdən biri oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət ölkəmizi durmadan inkişafa aparırdı. Bu xarici siyasət kursunun fəlsəfəsində ölkəmizin milli maraqlarının öndə tutulması, bütün dövlətlərlə qarşılıqlı maraqların qorunması əsasında münasibətlərin qurulması dayanır. Nəzər salsaq görərik ki, Azərbaycan Ermənistandan başqa bütün dövlətlərlə münasibətlər yaratmağı bacarıb. Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Çox qürurverici məqamdır ki, bu gün də həmin siyasət davam edir. Cənab Prezident İlham Əliyev olduqca məntiqli, intuisiyalı və çevik siyasət yürüdür. Siyasətdə məntiq əsasdır, amma ondan da əsas intuisiyadır. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan dünyada və regionda baş verən katalikazimlərin fonunda sürətlə inkişaf edir, ustalıqla bundan yayına bilir.

– Siz Milli Azadlıq Hərəkatının da fəal iştirakçısı olmusunuz. Amma onlar hakimiyyətə gələndə sizi həbs etdilər…

– Mənim gəldiyim qənaət bundan ibarətdir ki, erməni faktoru həmişə bizim region üçün katalizator rolunda çıxış edir. Ötən əsrin 80-ci illərinin sonunda da erməni faktoru xalq hərəkatının yaranmasında katalizator rolunda çıxış etdi. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Milli Azadlıq Hərəkatının yaranmasına rəvac verdi. Biz də həmin zamanlar tələbə həyatı yaşayırdıq və heç şübhəsiz, xalqını, dövlətini sevən ölkə gəncliyi olaraq bu prosesdən kənarda qala bilməzdik. O səbəbdən ölkəmizin müstəqilliyi uğrunda aparılan mübarizədə fəal iştirak etdik. Çox təəssüflər olsun ki, bəzi qüvvələr həmin dövrdə xalqımızın vətənpərvərlik hisslərindən öz mənafeləri naminə istifadə etdilər. "AXC-Müsavat" cütlüyü iqtidara gələndən sonra qəlbində Heydər Əliyev sevgisi olan, Heydər Əliyevi dəstəkləyən şəxslərə qarşı hücuma başladılar. Məni hərəkat vaxtı mitinqlərdə fəal iştirak edib təşkilatçılıq etdiyimə görə tutmuşdularsa, "AXC-Müsavat" iqtidarı dönəmində Heydər Əliyevi dəstəklədiyimə görə həbs etdilər. Naxçıvandan Bakıya qayıdarkən aeroportda həbs edildim, üç gün qeyri-qanuni olaraq məni saxladılar. 1992-ci ilin dekabrın 30-da yenidən həbs olundum və yeni ili həbsdə qarşılamalı oldum. 15 gün sonra həbsdə aclıq elan etdim. Bir müddət sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə onun sadiq silahdaşlarından olan Samur Novruzovun ciddi müdaxiləsindən sonra azadlığa çıxdım. Xatırladım ki, mənim həbsim haqqında heç kimə məlumat verilməmişdi və tam qapalı şəraitdə məni həbsdə saxlayırdılar. Həbsimin səbəbi Heydər Əliyevi dəstəklədiyimə görə, o zamankı Daxili İşlər naziri İsgəndər Həmidovun qəzəbinə tuş gəlməyim idi. Bundan sonra da dəfələrlə məni həbs etdilər. Lakin bu bizi yolumuzdan döndərə bilməzdi. Bu gün müxalifətdə olub insan haqlarından danışanlar özləri, yəni "AXC-Müsavat" iqtidarı anarxist hakimiyyət kimi tarixdə qaldı.

– Yüksək vəzifələrdə çalışmısınız. Sonuncu iş yeriniz Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsi olub. Bu barədə danışardınız…

– 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri təyin olundum. Bu həmin dövr idi ki, paytaxtda antisanitar şərait hökm sürürdü. Bakının mərkəzində – "28 may" metrostansiyasının qarşısında, "Səməd Vurğun" bağında və digər məkanlarda açıq satış həyata keçirilirdi. Burada satılan məhsulların keyfiyyəti yoxlanılmırdı, şəhərin təmizliyinə və görünüşünə ciddi xələl gətirirdi. Biz, ilkin olaraq, buna qarşı ciddi mübarizəyə başladıq, gecə-gündüz işləyirdik. Üç növbəli iş sistemində çalışırdıq. Mən bu sistemə rəhbərlik edirdim. İlk üç il ərzində biz çox az yatdıq. Şəhərdə sanitar vəziyyət bərbad idi, elektrikdən sui-istifadə halları var idi. Biz bütün bunlara qarşı mübarizə aparır, hesabat halına salır və yuxarı instansiyalara təqdim edirdik. Dənizkənarı Milli Parkda ilk tədbirin keçirilməsini xatırlayıram. Çox həyəcanlı idik. Çünki dənizkənarı bulvarda ilk dəfə idi ki, kütləvi tədbir keçirilirdi. Biz o tədbiri yüksək səviyyədə təşkil etdik. Sonradan mənə yüksək etimad göstərildi və işlədiyim qurumun Aparat rəhbəri təyin edildim. Çox sevindirici haldır ki, Bakı bu gün Şərqlə Qərbin dəyərlərini özündə cəmləşdirən, multikultralizmin mərkəzinə çevrilən, hər gün minlərlə turistin üz tutduğu aparıcı şəhərlərdən birinə çevrilib. Sizə bir məqamı deyim ki, Bakıda Avropanın, Asiyanın və dünyanın ən gözəl arxitektura və mədəniyyət nümunələrinin təcəssüm olunmasında Cənab Prezident İlham Əliyevin və incəzövqlü Mehriban xanımın dünyagörüşü və zövqü həlledici rol oynayır.

– Yeni bir tədqiqat mərkəzi – "Region" Analitik İnformasiya Mərkəzini təsis etmisiniz. Qurumun fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

– Yenicə fəaliyyətə başlasaq da artıq hazırlıq işlərini yekunlaşdırmaq üzrəyik. Fəaliyyət istiqamətlərimiz müxtəlif olacaq. Bunlardan biri sosial tədqiqatlar və araşdırmalardır. Bura sosioloji sorğular vasitəsilə ictimai rəyin öyrənilməsi və müvafiq qurumlara çatdırılması daxildir. Digər istiqamət dünyada və regionda baş verən proseslərin təhlili və onların araşdırılmasıdır. Biz bu elmi araşdırmaları dərindən analiz edib, vaxtaşırı ictimaiyyətə təqdim edəcəyik. Eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoq platformasının qurulması, dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə vermək əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Heç bir fərqi yoxdur: Məmur, ictimaiyyətçi və ya sıravi vətəndaş

– Qarşıdan gələn parlament seçkilərinə namizəd kimi qatılmağı nəzərdə tutursunuzmu? Planlarınızda nə zamansa deputat olmaq yer alırmı?

– Tam səmimi deyirəm ki, nə indi, nə də əvvəl deputat olmaq barəsində fikirləşməmişəm. Məmur kimi uzun müddət fəaliyyət göstərmişəm. Mən özümü Heydər Əliyev siyasi kursunun və Cənab Prezident İlham Əliyevin komandasının üzvü sayıram və hansı statusda olmağıma baxmayaraq vətənimi və dövlətimi sevirəm, bir vətəndaş kimi də öz borcumu yerinə yetirirəm. Yeri gəlmişkən, çox təəssüf olsun ki, bəzən məmurlar vəzifəyə təyin olunarkən düşünürlər ki, normal olaraq öz komandalarını toplamalıdırlar. Yenə də çox təəssüflər olsun ki, topladıqları komandanın üzvlərində də yumşaq desək, asılılıq psixologiyası yaranır və həmin məmurlar unudurlar ki, məmura deyil, dövlətə qulluq etməlidirlər. Dövlətin bir rəhbəri var və iqtidar komandası vahiddir, o da cənab prezident İlham Əliyevin komandasıdır.

– Əli İnsanov, Gültəkin Hacıbəyli, Hüseyn Abdullayev, Cəmil Həsənli… Siyahını uzatmaq da olar. Onlar bir zamanlar iqtidara xidmət edirdilər…

– Mən hesab edirəm ki, onlar dərin mənəvi böhran yaşayırlar və cəmiyyət tərəfindən də qəbul edilmirlər. Hesab edirəm ki, xəyanətkarlar həmişə olub və olacaq. Əqidəsini dəyişən insan öz seçimini edib. Bütün dövrlərdə bu cür insanlara münasibət birmənalı olub. Belə simasız insanlar həmişə mənəvi və hüquqi cəzasını alaraq, tarixin qınaq obyektinə çevriliblər.
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin