Səfir: “Portuqaliya Azərbaycan -Aİ arasındakı münasibətləri alqışlayır”

13/06/2019 [21:47] - Siyasət (105)



Portuqaliyanın Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir  xanım Paula Leal da Silva çıxışında ölkəsinin Milli Gününü Azərbaycanda qeyd etməkdən şərəf duyduğunu deyərək bildirib ki, Mill Günlə yanaşı, həm də Portuqaliya xalqının formalaşmasının 900 illiyi qeyd olunur. Xanım Silva portuqal xalqının Avropanın ən qədim xalqlarından olduğunu xatırladıb, əlavə edib ki, portuqal dili 5 qitədə 300 milyon insan tərəfindən danışılan poeziya, innovasiya və elm dili hesab edilir. Diplomat qeyd edib ki, son illər Portuqaliyanın ümumi daxili məhsulu (ÜDM) 7 faiz artıb.  

Portuqaliya ilə Azərbaycanla əlaqələrə toxunan Paula Leal da Silva ölkələrimiz arasında diplomatik münasibətlərin 26 il əvvəl yarandığını xatırladaraq, bildirib ki, hazırda ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr mövcuddur. Onun sözlərinə görə, Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir və Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini alqışlayır. Bakıya heyran olan səfir Bakını mədəniyyətlərin qovuşduğu unikal şəhər adlandırıb.
Azərbaycan hökuməti adından bayram münasibəti ilə Portuqaliya xalqını təbrik edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələr 1992-ci ilin avqustunda  yaradılıb, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, Azərbaycan Portuqaliya ilə ikitərəfli əlaqələrin inkişafına yüksək önəm verir, qarşılıqlı dostluq, əməkdaşlıq mövcuddur. Nazir deyib ki, Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdardır. A.Rəhimov deyib ki, son illər ölkələrimiz arasında iqtisadi, mədəni və turizm sahəsində də əməkdaşlıq genişlənir və bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək. 

Rəsmi hissədən sonra tədbir Portuqaliyanın tanınmış müğınnisi Ana Lainsin ifasında konsert proqramı ilə davam edib. 
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
Mərkəzi Bankın şübhəli tenderi
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
"Volvo" 500 min avtomobilini geri çağırır
Erməni əsgərin postda meyiti tapılıb
Xəbər lenti
22/07/2019 [10:27]:
Gürcüstanda erməni kilsəsi qarət olunub
22/07/2019 [01:27]:
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
22/07/2019 [01:01]:
Mərkəzi Bankın şübhəli tenderi
22/07/2019 [00:00]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21/07/2019 [23:56]:
"Volvo" 500 min avtomobilini geri çağırır
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
20/07/2019 [16:12]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Vətəndaş mədəniyyətinin təbliği - layihə
166 nəfəri öldürən terrorçu ələ keçdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin