2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar

14/06/2019 [10:28] - İqtisadiyyat (197)



Bu gün Milli Məclisdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və hesabat müzakirəyə çıxarılacaq. Hesabat 2018-ci ildə ölkədə formalaşmış makroiqtisadi mühiti, həmçinin 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra vəziyyəti ilə bağlı göstəriciləri, il ərzində götürülən dövlət borcları, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir.

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 ilyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat  (proqnozdan 1,6 faiz çox) icra olunub. Bu göstərici 2017-ci ilin göstəricisindən 36,3 faiz çoxdur.

Dövlət büdcəsi gəlirlərinin yığılmasının 7 milyard 415,5 milyon manatı və ya 32,9 faizi Vergilər Nazirliyinin, 3 milyard 434,0 milyon manatı və ya 15,3 faizi Dövlət Gömrük Komitəsinin, 10 milyard 959,0 milyon manatı və ya 48,7 faizi Dövlət Neft Fondundan transfertlərin, 700,4 milyon manatı  və ya 3,1 faizi digər gəlirlərin payına düşür.

Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 2018-ci ildə 28,2 faiz təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 4,7 faiz  çoxdur. Dövlət Neft Fondundan  transfert nəzərə alınmadan 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 11 milyard 549,9 milyon manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 1 milyard 133,2 milyon manat və ya 10,9 faiz çoxdur.

Təbii ki, Neft Fondunun transfertlərindən kənar gəlirlərinin 11 faizə yaxın artımı müsbət tendensiyadır. Bu da təbii ki, büdcə daxilolmalarının yığılmasını təmin edən Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində struktur islahatları və qeydiyyat sisteminin yaxşılaşdırılması hesabına təmin edilib. Təqdirəlayiqdir ki, hazırda vergidaxilomalarının 92 faizi  yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. 

2018-ci il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 5 milyard 137,2 milyon manat və ya 29,2 faiz çoxdur.

2018-ci il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 28,5 faiz təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 3,4 faiz çoxdur.

Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11 milyard 554,3 milyon manatı və ya 50,8 faizi cari xərclərə (2017-ci illə müqayisədə 5,9 faiz çox), 8 milyard 941,7 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə (2017-ci illə müqayisədə 1,7 dəfə çox), 2 milyard 235,6 milyon manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2017-ci illə müqayisədə 47,7 faiz çox) sərf edilib.

İqtisadi təsnifata uyğun olaraq 2018-ci il dövlət büdcəsi xərclərinin 31,7 faizi  və ya 7 milyard 196,5 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,8 milyon manat və ya 7,6 faiz çoxdur. 

Təbii ki, sosial xərclərin 7,6 faizlik artımı özlüyündə müsbət qiymətləndirilməlidir və büdcənin sosial yükünün artmasının göstəricisidir. Bu ilin ilk 5 ayında isə sosial xərclər daha kəskin artıb. Çünki ölkə prezidenti yeni sosial layihələrlə bağlı bir neçə fərman imzalayıb. Bu fərmanların (pensiya, müavinət və əməkhaqların artımı və s.) maliyyə tutumu 2 milyard manatdan çoxdur. Layihələrin maliyyələşmə mənbələri istisnasız olaraq dövlət büdcəsidir. 

Büdcə xərclərinin 2 milyard 235,6 milyon manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2017-ci illə müqayisədə 47,7 faiz çox) sərf edilib. Borcların qaytarılması xərclərinin kəskin artımı dövlət borcu strategiyasının dəyişməsi ilə bağlıdır. 

Maliyyə naziri Samir Şərifov bildirib ki, ölkə prezidenti dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması siyasətini müəyyənləşdirib: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".

Ümumilikdə, 2018-ci ildə dövlət büdcəsinin icrası proqnozlara adekvat olaraq icra edilib. Həm vergi-gömrük sisteminin təkmilləşdirilməsi, həm də xərclərin otimallaşdırılması (bir neçə dövlət qurumunun ləğvi və yenidən təşkili) bir sıra sosial layihələrin icrasına maliyyə mənbələrinin tapılmasına səbəb oldu. Ümid edirik ki, bu tendensiya bu və növbəti illərdə də davam edəcək.

Qadir İBRAHİMLİ

Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin