Azsaylı xalqlar arasında azərbaycançılıq təbliğ olunur – layihə

13/06/2019 [23:07] - Mədəniyyət (196)



“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Cəlilabad rayonu Privolnoye kəndinin Mədəniyyət Evində yerli əhali, rus və yəhudi icması nümayəndələrinin iştirakı tədbir keçirib.


İB-dən Azadinform-a verilən məlumata görə, tədbirdə azsaylı xalqlar arasında azərbaycançılığın təbliği məsələləri istiqamətində çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.  


Pirivolnoye kənd icra nümayəndəsi Ələsgər İmanov ərazidə yaşayan azsaylı rus və yəhudi icması haqqında qısa məlumat verib. Ə.İmanov qeyd edib ki, azsaylı xalqlar arasında azərbaycançılığın təbliği istiqamətində davamlı iş aparılır: “Bu insanlar dövlətin himayəsi altındadırlar”.

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyevlayihənin məqsədi barədə iştirakçılara məlumat verib: “Məqsəd ölkə vətəndaşlarına Azərbaycan hökumətinin bu istiqamətdəki fəaliyyətini təbliğ etmək, savadlı, sağlam ruhlu gəncliyin formalaşmasını stimullaşdırmaq, gənc nəslin bu ideologiyanı mənimsəmələri üçün maarifləndirici tədbirlər, aksiyalar, müzakirələrin keçirilməsini təmin etməkdir”.  

N.Niftiyev əlavə edib ki, müstəqilliyin ilk illərində yaşadıqlarımız sübut edir ki, cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir: “Azərbaycan kimi etnik tərkibi zəngin, çoxmillətli bir dövlətdə millətçilik ziyanlı fəsadlara yol aça bilər. İki böyük dövlətin qonşuluğunda yerləşən, bu dövlətlərin təsir altına salmaq istədiyi toplumu yalnız özündə vətənçiliyi, xalqçılığı ehtiva edən azərbaycançılıq ideyası ilə birləşdirmək – sabit birgəyaşayışın davamlılığını təmin etmək mümkündür. Bunun əksinin acı nəticələrini yaşamışıq. Cənubda, şimalda dövlətçiliyə qarşı qəsdlər tariximizin qara səhifələridir. Azərbaycançılıq ideyasının kökündə isə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır”.

Jurnalist Araşdırmalar Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə bildirib ki, Azərbaycanda ən ali dəyər  azərbaycançılıq ideologiyasıdır: “Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların qanunlarla yanaşı, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir. Çəkinmədən deyə bilərik ki, bu da bizdə azərbaycançılıq ideologiyası formasında təşəkkül tapıb”.

Rus icmasının üzvü Aleksandr Safanov ömrünün sonuna qədər Azərbaycanda  - Privolnoye kəndində yaşayacağını söyləyib: “Mən çox qocalmışam. Atam, babam bu kənddə yaşayıb və dünyadan köçüblər. Biz azərbaycanlılarla qaynayıb-qarışmışıq. Biz bu kəndə heç zaman fərqli münasibət görməmişik. Mən bu yaxınlarda video-müraciət yaydım. Həmin müraciətdə bu kənddən müəyyən səbəblərdən köçüb gedən ruslara çağırış etdim ki, geri qayıtsınlar. Yaşamaq üçün burdan gözəl yer yoxdur”.  

Yəhudi icmasının üzvü Nelaida Xanukaeva da nə vaxtsa Privolnoye kəndindən köçüb gedəcəyinin ağlına belə gətirmədiyini vurğuladı: “Axı niyə? Biz bu kəndin insanlarıyıq. Bizi hər zaman xatırlayırlar, gəlirlər, belə tədbirlər keçirirlər. Diqqət və qayğı yaxşıdır. Deməli, biz heç zaman unudulmayacağıq”.   

Pirivolnoye 1 nömrəli orta məktəbin direktoru Musa Məmmədov, müəllimi Dəyanət Qasımovkəndlərində yaşayan azsaylı xalqlara hər zaman hörmət göstərdiklərini, problemlərinə biganə qalmadıqlarını söylədilər.

 

 

 

 

13.06.2019 17:36 / B
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
17/11/2019 [18:34]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
17/11/2019 [17:42]:
Çaylarda sululuq səviyyəsi dəyişdi
17/11/2019 [16:27]:
ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17/11/2019 [15:53]:
Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb
17/11/2019 [15:30]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [14:25]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [13:48]:
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
17/11/2019 [13:19]:
Türkiyə Andorra ilə üz-üzə gələcək
17/11/2019 [12:42]:
İraq İranla sərhəd keçidini bağladı
17/11/2019 [12:22]:
Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir
17/11/2019 [11:42]:
Hindistan ballistik raketi sınaqdan keçirib
17/11/2019 [11:18]:
Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
17/11/2019 [10:35]:
İdmançımız beynəlxalq turnirin qalibi oldu
17/11/2019 [10:00]:
Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
17/11/2019 [09:46]:
Birinci vitse-prezident Mehriban Əliyeva xalqı təbrik edib
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
16/11/2019 [19:36]:
Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş sərgi açılıb
16/11/2019 [19:22]:
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
16/11/2019 [18:34]:
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub
16/11/2019 [17:25]:
Baş məşqçiyə içərisində güllə olan anonim məktub göndəriblər
16/11/2019 [16:44]:
Etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlandı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin