Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçirilib

13/06/2019 [14:44] - İqtisadiyyat (62)



 “Əvvəlki biznes forumdan ötən müddətdə iqtisadiyyatın dayanıqlığının artması və yeni şəraitə uyğunlaşması prosesi davam edib”. İstiqlal.az xəbər verir ki, bunu bu gün keçirilən Aİ-Azərbaycan Biznes Forumda ölkədəki iqtisadi vəziyyətlə bağlı çıxışında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Nazir qeyd edib ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülən işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə ÜDM 3 faiz, qeyri-neft ÜDM 1,7 faiz, qeyri-neft sənayesi isə 16,1faiz artıb, inflyasiya 2,1 faiz təşkil edib.  Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Johannes Hahn Şərq Tərəfdaşlığının 10 illiyini vurğulayaraq bildirib ki, islahatların həyata keçirilməsi və vətəndaşlar üçün real imkanların yaradılması gələcək illərdə də əsas prioritetlərdən biri olaraq qalacaq: “ Aİ strategiyasının əhatə etdiyi sektorlara nəzər yetirsək, Aİ və Azərbaycanın əlaqəliliyin müxtəlif sahələrində - nəqliyyat, enerji, rəqəmsallıq və insanlararası münasibətlər ilə bağlı sektorlar - işlər həyata keçirdiyini görə bilərik və bu, hərtərəfli şəkildə davam etdirilməlidir”. 

Tədbirdə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən nəşr olunan Azərbaycanın 2019-cu il üzrə Aİ Biznes Mühiti Hesabatı Biznes Forumda təqdim olunub və Azərbaycanda son iqtisadi yeniliklər, imkanlar və çətinliklər barədə müzakirələrə start verilib. Mövcud iqtisadi vəziyyətlə yanaşı, ölkədəki biznes və investisiya mühiti barədə Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirlərini əks etdirən illik biznes mühiti hesabatının nəticələrinə əsaslanan hesabatın əsas məqamları təqdim edilib. 

Hər il keçirilən tədbirə ikitərəfli biznes görüşlərində və panel müzakirələrində iştirak edən hökumət nümayəndələri və biznes rəhbərləri də daxil olmaqla, 800-dən artıq iştirakçı qatılıb. Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Paşinyan Qarabağda müharibə istəyir
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
Xəbər lenti
21/06/2019 [01:29]:
Azərbaycan nefti ucuzlaşdı
20/06/2019 [23:16]:
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub
20/06/2019 [22:42]:
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
20/06/2019 [21:33]:
Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20/06/2019 [20:29]:
“Keşikçidağ” məsələsi müzakirə olunub
20/06/2019 [19:18]:
Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib
20/06/2019 [18:43]:
İyunun 21-ə hava proqnozu
20/06/2019 [18:16]:
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
20/06/2019 [17:39]:
“Bakcell” və “INNOLAND” birgə inkubasiya proqramının iştirakçılarını seçdi
20/06/2019 [17:23]:
Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər
20/06/2019 [17:06]:
Elinanın qəbri təhqir edilib – Yeni cinayət işi başlanıb
20/06/2019 [16:34]:
Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək
20/06/2019 [15:48]:
İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib
20/06/2019 [15:02]:
Azərbaycanda müdafiə xərcləri artırılır
20/06/2019 [14:19]:
Qazaxıstanda təyyarə qəzaya uğradı
20/06/2019 [13:21]:
Paşinyan Qarabağda müharibə istəyir
20/06/2019 [12:14]:
Serbiyalı diplomat Bakıda qəzaya düşdü
20/06/2019 [11:57]:
Azərbaycanın yunan-Roma güləşi yığması Avropa ikincisi olub
20/06/2019 [10:13]:
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
19/06/2019 [23:41]:
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
19/06/2019 [22:27]:
Tokio-2020 Olimpiadasının boks yarışları formatında dəyişikliklər edildi
19/06/2019 [21:36]:
ABŞ-da dollarla bağlı mühüm qərar qəbul edildi
19/06/2019 [21:27]:
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
19/06/2019 [20:54]:
Azərbaycanın mədəniyyət brendi yaradılır: Loqonun ilkin variantı hazırdır
19/06/2019 [20:09]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
Daha bir həkim səhlənkarlığı: Yanlış cərrahiyyə əməliyyatı xəstəni iflic etdi
AzTV-də qarşıdurma- veriliş yayımdan çıxarıldı
Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - yenilənib
Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin