Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

13/06/2019 [10:17] - Cəmiyyət (118)



Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, elmi adların və dərəcələrin verilməsinə dair təsdiq olunan əsasnamələr Azərbaycanın dövlət səviyyəsində aparılan elm siyasətinin daha bir uğurudur: “Etiraf edək ki, bundan əvvəl - 2006-cı ildə qəbul edilmiş əsasnamə SSRİ dövründə mövcud olan elmi adlar və dərəcələr haqqında sənədin kosmetik dəyişikliyi sayəsində hazırlanmışdı. Ancaq yeni təsdiqlənən sənədlər müstəqillik dövrünün elmi adlar və dərəcələrə dair birinci əsasnamədir”.

Yeni əsasnamələrdə çoxlu sayda yeniliklərin olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, bunların arasında ən mühümü dissertasiyaların sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır: “Eyni zamanda, icra prosedurlarının sadələşdirilməsinə dair də addımlar atılıb. Məsələn, əvvəl doktorluq dissertasiyaları iki dəfə Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunurdu. Dissertasiya işinin hətta bir dəfə AAK-a təqdim olunub müdafiəyə tövsiyə olunması barədə qərar verilirdi, ikinci dəfə isə anlaşılmaz şəkildə işin təsdiq olunması barədə qərar qəbul edilirdi. Bu, tamam formal bir mərhələ idi və doktorantların zərərinə idi. Bu əsasnaməyə görə isə doktorluq dissertasiyası müdafiə olunduqdan sonra bir dəfə AAK-a təqdim olunacaq. Bundan başqa, dissertant üçün müəyyən edilən aparıcı müəssisənin adı bəzən sənədlərdə formal şəkildə yazılırdı. İndiki əsasnamədə bu formal proses də aradan qaldırılıb”.

İ.Həbibbəyli qeyd edib ki, yeni əsasnamədə dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların seçilməsi ilə bağlı da dəyişiklik edilib: “İndiyə qədər dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların ən yüksək dərəcəsi nəzərdə tutulurdu. Bu isə bir çox elm, xüsusilə ictimai və humanitar sahələrdə mümkün deyildi. Bu hal istər-istəməz saxtakarlığa, süründürməçiliyə yol açırdı. İndi impakt faktorlu jurnalların dərəcəsi xeyli, reallığa uyğun şəkidə aşağı endirildi. Bu yenilik dissertantlara həm öz məqalələrini həmin nəşrlərdə çap etdirməsinə yol açır, həm də saxtakarlığı tamamilə aradan qaldırır. Ümumiyyətlə, prosedurların və sənədləşmənin sadələşdirilməsi, artıq maneələrin aradan qaldırılması ölkəmizdə elmi kadrların, yüksək səviyyəli mütəxəcəssislərin hazırlanmasının yeni mərhələsinin başlanmasına stimul verəcək”.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [23:59]:
“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək
18/08/2019 [22:44]:
Kürkəni Sarkisyanın da həbs ediləcəyindən əmindir
18/08/2019 [21:03]:
Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Jizel” təqdim olunacaq
18/08/2019 [19:16]:
Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi
18/08/2019 [17:27]:
Bakıda kirayə evlərin qiyməti qalxıb
18/08/2019 [15:39]:
BMT yeni dəhşətli silah növünün yayılacağından qorxur
18/08/2019 [14:51]:
Borca görə axtarışda olan daha 12 nəfər saxlanılıb
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Vilyayət Eyvazovdan yeni təyinat
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin