Böyük Britaniya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək

10/06/2019 [21:13] - İqtisadiyyat (49)



Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətinə məxsus saytda Birgə Hökumətlərarası Komissiyanın cari ilin 22 may tarixində keçirilmiş 3-cü iclasına və Azərbaycan-Böyük Britaniya əlaqələrinin bərpa olunan enerji sahəsində yeni əməkdaşlıqla möhkəmləndirilməsinə həsr olunmuş məqalə yer alıb.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yazıda Böyük Britaniya və Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yeniləmək niyyətlərindən bəhs edilib. Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi və Energetika naziri Pərviz Şahbazovun iqtisadiyyatları diversifikasiya etmək, yaşıl enerjiyə sərmayə qoymaq və bərpa olunan enerji sahəsində imkanlardan istifadə etməklə bağlı razılığa gəldikləri qeyd olunub.

Bildirilir ki, Böyük Britaniya bərpa oluna bilən enerji sektorunda və təmiz enerji istehsalında dünya lideridir və emissiyaları hər hansı digər “Böyük Yeddilik” ölkələri ilə müqayisədə daha sürətli şəkildə azaldır. Külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıq iqtisadiyyatın diversifikasiyasında Azərbaycanı dəstəkləməyə hazırdır.

“Azərbaycanın Böyük Britaniyanın mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 66,4 % artaraq 1 milyard funt həcmində olub. Bu da həm Britaniya, həm də Azərbaycan biznesləri, istehlakçılar və ixracatçılar üçün potensial imkanların göstəricisidir”, - deyə yazıda vurğulanır. 

Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi deyib: “Hazırda 400-dən çox Britaniya şirkətinin fəaliyyət göstərdiyi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrindən biridir və əsas ticarət tərəfdaşımızdır. 40 ildən artıq bir dövr ərzində ilk dəfə müstəqil ticarət siyasətimizə rəhbərlik etdiyimiz üçün Birləşmiş Krallıq iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı razılığa gəlib və bərpa olunan enerji ilə bağlı bugünki yenilənmiş öhdəlik bizi buna təşviq edən ilk addımdır”.

Məqalədə Azərbaycanda Böyük Britaniya investisiyasının ümumi investisiyanın 51%- təşkil etdiyi, enerji şirkətləri ilə yanaşı, SNC-Lavalin Atkins də daxil olmaqla bir sıra Britaniya şirkətlərinin regionda uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

"Atkins Azərbaycan" şirkətinin ölkə üzrə meneceri Ceyms Todd bildirib: “Azərbaycan "Atkins" üçün maraqlı bir bazardır və biz şəhər master planlaşdırmadan bərpa oluna bilən enerji inkişafına qədər olan sahələrə əlavə dəyər qatmaq üçün çoxşaxəli inteqrasiya təcrübəsi və yerli tərəfdaşlıqlarımızı istifadə etməyə çalışırıq. Son üç ildə güclü artım yaşadıq və inkişaf edən bir iqtisadiyyat, Böyük Britaniyanın güclü dəstək şəbəkəsi, təcrübələrimizə uyğun olaraq artan bazar xidmətlərinin dəstəyi ilə bunun gələcəkdə davam etməsini gözləyirik”.

Yekun nəticə olaraq vurğulanır ki, Böyük Britaniya və Azərbaycan artıq güclü siyasi və ticari əlaqələrdən bəhrələnir və Böyük Britaniya şirkətləri Azərbaycan tərəfdaşları ilə birlikdə araşdırma və inkişafa investisiya qoyuluşu, bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə və təhsilin təşviqi ilə bağlı birgə maraqları dəstəkləmək üçün çalışmalıdırlar. 


Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Paşinyan Qarabağda müharibə istəyir
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
Xəbər lenti
20/06/2019 [23:16]:
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub
20/06/2019 [22:42]:
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
20/06/2019 [21:33]:
Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20/06/2019 [20:29]:
“Keşikçidağ” məsələsi müzakirə olunub
20/06/2019 [19:18]:
Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib
20/06/2019 [18:43]:
İyunun 21-ə hava proqnozu
20/06/2019 [18:16]:
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
20/06/2019 [17:39]:
“Bakcell” və “INNOLAND” birgə inkubasiya proqramının iştirakçılarını seçdi
20/06/2019 [17:23]:
Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər
20/06/2019 [17:06]:
Elinanın qəbri təhqir edilib – Yeni cinayət işi başlanıb
20/06/2019 [16:34]:
Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək
20/06/2019 [15:48]:
İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib
20/06/2019 [15:02]:
Azərbaycanda müdafiə xərcləri artırılır
20/06/2019 [14:19]:
Qazaxıstanda təyyarə qəzaya uğradı
20/06/2019 [13:21]:
Paşinyan Qarabağda müharibə istəyir
20/06/2019 [12:14]:
Serbiyalı diplomat Bakıda qəzaya düşdü
20/06/2019 [11:57]:
Azərbaycanın yunan-Roma güləşi yığması Avropa ikincisi olub
20/06/2019 [10:13]:
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
19/06/2019 [23:41]:
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
19/06/2019 [22:27]:
Tokio-2020 Olimpiadasının boks yarışları formatında dəyişikliklər edildi
19/06/2019 [21:36]:
ABŞ-da dollarla bağlı mühüm qərar qəbul edildi
19/06/2019 [21:27]:
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
19/06/2019 [20:54]:
Azərbaycanın mədəniyyət brendi yaradılır: Loqonun ilkin variantı hazırdır
19/06/2019 [20:09]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
19/06/2019 [19:15]:
Çempionlar Liqasında "Qarabağ"ın potensial növbəti rəqibi məlum olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
Daha bir həkim səhlənkarlığı: Yanlış cərrahiyyə əməliyyatı xəstəni iflic etdi
AzTV-də qarşıdurma- veriliş yayımdan çıxarıldı
Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - yenilənib
Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin