“Araşdırmalardan sonra 170 şagirdin qiymətində dəyişiklik edilib” – DİM

10/06/2019 [20:31] - Cəmiyyət (59)



Dövlət İmtahan Mərkəzinin (DİM) Apelyasiya Komissiyası ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, martın 3, 10, 17 və 31-də keçirilən imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak etmiş və şagirdlərin ümumilikdə 3042000-dən çox tapşırıq üzrə yazı işi olub.

Ümumi yazı işlərinin sayı 3042000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6084000-dən çox yoxlama işi həyata keçirilib.

İmtahanların nəticələri aprel ayı ərzində elan olunub və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olub. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilən imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxıb.

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılıb. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29%-i) 4000-dən çox tapşırıq (bütün tapşırıqların 0,13%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15%-i,) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Yeddi şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət edib, amma araşdırma zamanı məlum olub ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 14 şagird ərizə yazmalarına baxmayaraq, apelyasiyada iştirakdan imtina edib və ya apelyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilib.
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Paşinyan Qarabağda müharibə istəyir
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
Xəbər lenti
20/06/2019 [23:16]:
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub
20/06/2019 [22:42]:
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
20/06/2019 [21:33]:
Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır
20/06/2019 [20:29]:
“Keşikçidağ” məsələsi müzakirə olunub
20/06/2019 [19:18]:
Azərbaycan boksçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib
20/06/2019 [18:43]:
İyunun 21-ə hava proqnozu
20/06/2019 [18:16]:
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
20/06/2019 [17:39]:
“Bakcell” və “INNOLAND” birgə inkubasiya proqramının iştirakçılarını seçdi
20/06/2019 [17:23]:
Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər
20/06/2019 [17:06]:
Elinanın qəbri təhqir edilib – Yeni cinayət işi başlanıb
20/06/2019 [16:34]:
Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək
20/06/2019 [15:48]:
İnterpolun sabiq rəhbəri rüşvət aldığını etiraf edib
20/06/2019 [15:02]:
Azərbaycanda müdafiə xərcləri artırılır
20/06/2019 [14:19]:
Qazaxıstanda təyyarə qəzaya uğradı
20/06/2019 [13:21]:
Paşinyan Qarabağda müharibə istəyir
20/06/2019 [12:14]:
Serbiyalı diplomat Bakıda qəzaya düşdü
20/06/2019 [11:57]:
Azərbaycanın yunan-Roma güləşi yığması Avropa ikincisi olub
20/06/2019 [10:13]:
Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürülüb - FHN
19/06/2019 [23:41]:
“Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük” – Maliyyə naziri
19/06/2019 [22:27]:
Tokio-2020 Olimpiadasının boks yarışları formatında dəyişikliklər edildi
19/06/2019 [21:36]:
ABŞ-da dollarla bağlı mühüm qərar qəbul edildi
19/06/2019 [21:27]:
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
19/06/2019 [20:54]:
Azərbaycanın mədəniyyət brendi yaradılır: Loqonun ilkin variantı hazırdır
19/06/2019 [20:09]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
19/06/2019 [19:15]:
Çempionlar Liqasında "Qarabağ"ın potensial növbəti rəqibi məlum olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
Daha bir həkim səhlənkarlığı: Yanlış cərrahiyyə əməliyyatı xəstəni iflic etdi
AzTV-də qarşıdurma- veriliş yayımdan çıxarıldı
Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - yenilənib
Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin