Rusiyada azərbaycanlı iş adamına qarşı təzyiqlər davam edir - VİDEO

10/06/2019 [16:53] - Gündəm (4285)



Bir müddət öncə, Rusiya paytaxtında fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı İlqar Hacıyevin rəhbərlik etdiyi SDI Group şirkətinin baş ofisinə basqın və şirkətin tikinti obyektlərinə reyder hücumu barədə həm Rusiya, həm də yerli mətbuatda xəbərlər yayılmışdı. 

Bu məlumatlarda hələ 2013-cü ildən Rusiya paytaxtında və ətraf ərzilərdə iri həcmli yaşayış sahələrinin tikintisi üzrə fəaliyyət göstərən İlqar Hacıyevin 2019-cu ilin əvvəlindən başlayaraq, ciddi özbaşınalıq və zorakılıq faktları ilə üz-üzə qaldığı bildirilirdi. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Moskva şəhəri və Moskvaətrafı ərazilərdə Vernad SKY" YK (Moskva ş., Vernadski prospekti, tik.78),  "Piroqov Rivyerası" YK (MV, Mıtişinski rayonu, Piroqovo, İlyinski küç., 5), "Akkord Smart-kvartal" YK (MV, Odinçovski rayonu, Mıtkino, 1) və s. tikinti layihələrini icra edən biznesmenin çoxmilyonluq gəlirləri olan biznesi cari ilin yanvar ayından etibarən rusiyalı bir "iş adamı"nın zorla mənimsəmə niyyətinə tuş gəlmişdi. 

Əvvəlcədən azərbaycanlı biznesmenin layihələrinə şərik kimi qoşulan həmin "iş adamı" Hacıyevin biznesinin çiçəkləndiyi bir vaxtda bundan əvvəl bir sıra tərəfdaşlarına qarşı oynadığı oyunu işə salmışdı. Ərazi hüquq-mühafizə orqanları ilə qurulan "isti" münasibət sayəsində çəkinmədən Hacıyevin ofisinə basqın təşkil edərək oranı zəbt etdirən, tikinti sahələrindən işçilərin qovulması və s. kimi qanunsuz əməllərini rahatlıqla həyata keçirən bu "iş adamı"nın isə, rusiyalı məşhur milyarder, Azərbaycan əsilli yəhudi  - Qod Nisanovdan başqası olmadığı məlum olmuşdu. Bu prosesdə İlqar Hacıyevə təzyiq göstərilməsi üçün Nisanovun yeznəsi German Zaxarayevin erməni partnyorları da işə cəlb edilmiş, eyni zamanda, azərbaycanlı iş adamına qarşı qurama cinayət işlərinin açılmasına cəhd göstərilmişdi.   


Bütün bunlara qanuni yollarla qarşı qoymağa çalışsa da, nəticə etibarilə, Nisanova yaxın adamların və onun sifarişini yerinə yetirən "qanuni oğru"ların birbaşa fiziki şəkildə cəzalandırma təhdidləri qarşısında SDI Group-un rəhbəri İlqar Hacıyev öz ailəsi ilə birlikdə Rusiyanı tərk edərək Avropaya sığınmağa məcbur olmuş və bu özbaşınalığın aradan qaldırılması üçün həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası prezidentlərinə müraciət etmişdi. Eyni zamanda, müvafiq müraciət RF hüquq-mühafizə orqanlarına da ünvanlanmışdı. 


Ötən müddət ərzində RF hüquq-mühafizə strukturları tərəfindən məsələnin həlli istiqamətində hər hansı hiss ediləcək addımlar atılmasa da, Rusiya mətbuatı təkcə bir iş adamının həyatına yönəlmiş təhlükə və biznesin qəsb edilməsi ilə deyil, həm də müvafiq tikintilərdən mənzil gözləyən minlərlə vətəndaşın düşdüyü çıxılmaz vəziyyətlə bağlı olan bu hadisəni diqqət mərkəzində saxlayırdı. Bir qədər öncə SDI Group-un səhmlərinin 80%-nin Almaniyanın Alcon Development GmbH investisiya şirkətinə satılması ilə bağlı yayılan xəbər isə, bu məsələni bir daha KİV-in aktual mövzularından birinə çevirib.

Satış razılaşması ilə bağlı SDI Group-un rəhbərinə müraciət edən RF KİV orqanları məlumatı təsdiq edən İlqar Hacıyevin sözlərindən belə bir sitatı təqdim edirlər: "Bu, 2019-cu ilin əvvəlindən şirkət ətrafında davam edən korporativ müaqişə ilə bağlı məcburi bir satışdır".

Əslində, tək bu sitat baş verənlərin mahiyyətini rahatlıqla izah edir. Görünən odur ki, ötən müddət ərzində məsələnin digər qanuni yollarla həllindən ümidini üzən azərbaycanlı iş adamı, necə deyərlər, son çıxış yoluna əl atmaq məcburiyyətində qalıb. Çünki baş vermiş hadisələr nəticəsində zərər çəkən təkcə iş adamının biznesi və işgüzar nüfuzu yox, həm də yaşayış komplekslərinin tikintisinin sıravi payçıları - mənzil gözləyən sadə Rusiya vətəndaşlarıdır. Reyderlər tərəfindən zəbt olunmuş tikinti sahələrinə buraxılmayan, özlərini bu sahələrin yeni sahibləri elan edən qoluzorlulardan heç bir açıqlama ala bilməyən, səslərini duyurmaq üçün müxtəlif mətbuat orqanlarına üz tutan bu vətəndaşların dedikləri də, baş vermiş hadisənin mahiyyətini bir daha təsdiq etmiş olur:

Müştərilərdən biri: "Söhbət gəzir ki, bizim bütün pullarımızı artıq hardasa gizlədiblər, deyəsən, hesablardan çıxarıblar... Tikinti şirkəti normaldır, həmişə bizi məlumatlandırırdı, görürdük ki, tikinti az qala zərbəçi templə aparılır, indi isə hər şey dayanıb... Deyəsən, hansısa mafiya onların üstünə gəlib... Gözləyirik, bilmirik nə olacaq".

Başqa bir qadın: "...Tikintidə fəhlələrlə danışdım, onların da vəziyyəti aydın deyil - maaş vermirlər, işləməyə qoymurlar, hansısa banditlər ərazidə gəzişirlər, guya ki, onlar buranın yeni sahibləridir... Hər şey yaxşı gedirdi, ta ki, bu yenilər gələnə kimi..." (khazin.ru saytı)
 
Beləliklə, 2019-cu ilin yanvar ayından Rusiya paytaxtında və Moskvaətrafı regionda, federasiya rəhbərliyinin demək olar ki, "beş addımlığında" başlayan və azərbaycanlı bir iş adamının həm həyatını, həm də bütün biznes fəaliyyətini açıq təhlükə altına salan proses hələ də çözüm tapmış deyil. Bu məsələnin sonunun necə olacağını təbii ki, zaman göstərəcək və məsələ, Rusiya mətbuatının olduğu kimi, Azərbaycan KİV-nin də diqqətində qalmaqda davam edir. Hələliksə, məlumat üçün bir haşiyə:

"Kommersant"-ın məlumatına görə, Almaniyanın Alcon Development GmbH şirkəti əsası keçmiş SSRİ-dən çıxmış iş adamları tərəfindən qoyulmuş, MDB məkanında və Yaxın Şərq ölkələrində sənaye istehsalı, tikinti və alternativ enerji mənbələrinə investisiya cəlbi ilə bağlı çoxillik təcrübəyə malik bir səhmdar qurumdur. Artıq şirkətin sözügedən tikinti layihələrinə 3 mlrd. rubla yaxın investisiya cəlb etməyə hazır olduğu elan edilib. 

Bu vəsait minlərlə payçı - mənzil sahibinin artıq altı aydır ki, tikintisi iflic edilmiş yarımçıq binalara zillənmiş intizar dolu gözlərinə ümid verəcəkmi? Bunu demək hələ ki, asan deyil. Amma fakt ondan ibarətdir ki, öz haqqını yalnız qanun çərçivəsində arayan bir tərəflə, qarşısındakı hər kəsin haqqını zorla mənimsəməkdən çəkinməyən bir qrup arasındakı bu qeyri-bərabər mübarizəyə ali səviyyədə və əsaslı müdaxiləyə ehtiyac var. 

SDI Group rəhbərliyi də əldə olan bütün imkanlarla qarşısında məsuliyyət daşıdığı minlərlə sadə vətəndaşların haqqını onlara qaytarmaq üçün cəhdlər edərkən, eyni zamanda da hər iki respublika rəhbərliyi tərəfindən məsələnin ədalətli həlli üçün dəstək gözləməkdədir. Ümid edək ki, bu ədalət gecikmədən öz yerini tapacaqdır. Yoxsa, necə deyərlər, "Gecikmiş ədalət, ədalət deyildir".

1 yanvar 2019-cu ildən 6 iyun 2019-cü ilə  kimi Rusiya KİV-lərində bu hadisə ilə bağlı dərc edilən yazılar:

 

96.  https://rn.ru/news/?bid=493603

 

 

 

 

 

 

Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Xəbər lenti
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
10/12/2019 [19:52]:
Rusiya hərbçiləri ilk dəfə Raqqa şəhərinə girib
10/12/2019 [18:25]:
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək
10/12/2019 [17:55]:
İordaniya Kralının Azərbaycana rəsmi səfəri başa çatıb
10/12/2019 [17:32]:
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
10/12/2019 [16:48]:
Qızıl və dollar kəskin şəkildə bahalaşdı
10/12/2019 [16:00]:
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
10/12/2019 [15:55]:
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
10/12/2019 [15:44]:
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
10/12/2019 [15:18]:
Husilər ABŞ təyyarədaşıyanını batırmaqla hədələyirlər
10/12/2019 [15:15]:
Elmar Məmmədyarov Latviyaya gedəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin