Azərbaycan güləşçiləri son yarış günündə 2 medal qazanıb

10/06/2019 [10:33] - İdman (140)



İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı başa çatıb.

“Report”un məlumatına görə, Altıncı yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan təmsilçilərindən İntiqam Vəlizadə ilk görüşündə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Lakin daha sonra o, Yunanıstan güləşçisinə müqavimət göstərə bilməyib.

Nəsib İsayev Polşa təmsilçisinə qarşı görüşdə 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq nümayiş etdirərək ardıcıl 10 xal qazanıb və 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, Rusiya güləşçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün İsayev bu gün təsəlliverici görüşə çıxıb və çətinlik çəkmədən macarıstanlı həmkarını mübarizədən kənarlaşdırıb. Beləliklə, o, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Lakin İsayev gürcüstanlı rəqibinin öhdəsindən gələ bilməyərək 5-ci yerlə kifayətlənib.

Fuad Mayılov debütdə Gürcüstan pəhləvanına uduzub. Lakin onun da rəqibi finaladək irəlilədiyi üçün Mayılov bu gün təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb. Moldova güləşçisi ilə görüşün ilk hissəsini 2:0 öndə tamamlayan Azərbaycan təmsilçisi ikinci hissədə rəqibə müqavimət göstərə bilməyib.

Mübarizəyə 1/4 finaldan başlayan Asxab Həmzətov Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans tanımayan Həmzətov adını finala yazdırıb. Azərbaycan təmsilçisi bu gün həlledici qarşılaşmaya çıxıb. Rusiya idmançısına uduzan Həmzətov gümüş medala yiyələnib.

İslam Abuyev ilk görüşdə İsveç, daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Lakin Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığma üzvü bu gün bürünc medal uğrunda görüşdə Türkiyə pəhləvanına qalib gələrək 3-cü yeri tutub.

61 kq

Təsnifat. İntiqam Vəlizadə – Stilyan Yançev İliyev (Bolqarıstan) – 11:0

1/8 final. İntiqam Vəlizadə – Georgios Pilidis (Yunanıstan) – 0:10

74 kq

Təsnifat. Nəsib İsayev – Kaçper Marçin Kraska (Polşa) – 10:4

1/4 final. Nəsib İsayev – Dmitri Kuprin (Rusiya) – 0:11

Təsəlliverici görüş. Nəsib İsayev – Benjamin Dobler (Macarıstan) – 13:2

Bürünc medal görüşü. Nəsib İsayev – Qoqa Mamiauri (Gürcüstan) – 0:10

86 kq

1/8 final. Fuad Mayılov – Miriani Maysuradze (Gürcüstan) – 6:14

Təsəlliverici görüş. Fuad Mayılov – İvan Nedealko (Moldova) 4:11

92 kq

1/4 final. Asxab Həmzətov – Bojidar Mateyev Todorov (Bolqarıstan) – 7:0

1/2 final. Asxab Həmzətov – Matyuş Vondal (Çexiya) – 6:0

FİNAL. Asxab Həmzətov – Aslanbek Sotiyev (Rusiya) – 0:11

125 kq

Təsnifat. İslam Abuyev – Fardin Anoşen (İsveç) – 3:0

1/4 final. İslam Abuyev – Aşot Ruşanyan (Ermənistan) – 2:0

1/2 final. İslam Abuyev – Saypudin Maqomedov (Rusiya) – 0:5

Bürünc medal görüşü. İslam Abuyev – Paşa Ekrem Karabulut (Türkiyə) – 4:2.


Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
19/09/2019 [23:58]:
Qubada 148 ailə özünüməşğulluq proqramına cəlb edilib
19/09/2019 [22:40]:
İstanbulda antiterror əməliyyatı: 8 İŞİD-çi saxlanıldı
19/09/2019 [21:23]:
Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib
19/09/2019 [20:32]:
Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq
19/09/2019 [20:08]:
Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"
19/09/2019 [19:41]:
İmişlidə ana oğlu ilə birgə özünü çaya atmaq istəyib
19/09/2019 [18:47]:
Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb
19/09/2019 [18:14]:
Astara sakinindən heroin götürülüb
19/09/2019 [17:47]:
Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb
19/09/2019 [17:35]:
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
19/09/2019 [17:20]:
Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
19/09/2019 [16:52]:
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
19/09/2019 [16:30]:
Xaçmazda dəyərindən ucuz satılan qızıllar oğurluq imiş
19/09/2019 [16:18]:
Nazir müavini: "Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək"
19/09/2019 [16:05]:
Gənclər narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirilib
19/09/2019 [16:00]:
Yazıçı Əli Əmirlinin yenicə çapdan çıxmış kitabının imza günü olacaq
19/09/2019 [15:35]:
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
19/09/2019 [15:20]:
MBNP-də İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib
19/09/2019 [15:00]:
Mbappenin transferi üçün rekord məbləğ
19/09/2019 [14:43]:
Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
19/09/2019 [14:31]:
“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatıb
19/09/2019 [14:21]:
İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur
19/09/2019 [14:00]:
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19/09/2019 [13:46]:
Milli İncəsənət Muzeyində uşaqlar üçün yeni layihə -“Musiqi xəzinəsi”
19/09/2019 [13:34]:
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bakıda Data Jurnalistikası kursu keçirildi
Büdcə prosesində şəffaflığın təmin edilməsində mühüm addım – şərh
Sağlamlığımızı qorumaq üçün necə qidalanaq?
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib
Sabiq prezident milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
2019-cu il Taekvondo üzrə V Səfir Kubokunun təqdimatı olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin