DOST mərkəzinə ömürlük müavinətin təyin edilməsi səlahiyyəti verilib

09/06/2019 [11:46] - Gündəm (181)



Nazirlər Kabineti “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası"nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik DOST mərkəzinə yeni səlahiyyətlər verilməsi ilə əlaqədardır.

Qaydaya əsasən, müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti şəhər, rayon şöbəsinə müraciət edə bilərdi. Müavinət təyin edən orqan tərəfindən müavinəti almaq üçün edilən müraciətə 10 iş günü ərzində baxmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müavinət almaq hüququ olan şəxs heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt müavinətin təyin edilməsi üçün müvafiq təsdiqedici sənədlər (arayışlar) təqdim etməklə DOST mərkəzinə də müraciət edə bilər. Müavinətin təyin edilməsi üçün şəxs ərizəsi ilə birlikdə DSMF-nin şəhər, rayon şöbəsinə təqdim etməli olduğu sənədləri DOST mərkəzinə də təqdim etməlidir. Bu sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti, əmək kitabçasından çıxarış və ya əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışı (əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda) və dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı daxildir.

Qüvvədə olan Qaydaya əsasən, müavinətin ödənilməsinin dayandırılmasına səbəb olan müvafiq hallar barədə müavinəti alan şəxs və ya onun vəfatı ilə əlaqədar ailə üzvlərindən biri 5 gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə məlumat verməyə borcludur (yenidən dövlət qulluğuna qəbul edilməsi barədə arayış və ya ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti). Dəyişikliyə əsasən, bu barədə məlumat DOST mərkəzinə də verilə bilər.
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin